18:17 18 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:27 18.09.2021

Təkcə qol çatmadı


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Bakının «Nizami» kinoteatrının binası əsaslı təmir və yenidənqurmadan sonra açılmışdır
ANA SƏHİFƏ / SƏFƏRLƏR
01:11 25.11.2011

 

Prezident İlham Əliyev açılışda iştirak etmişdir

 

Noyabrın 24-də Bakının "Nizami" kinoteatrının binası əsaslı təmir və yenidənqurmadan sonra açılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak etmişlər.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olundu.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlət başçısına və Azərbaycanın birinci xanımına əvvəlcə "Nizami" kinoteatrının fasadında aparılan yenidənqurma işləri barədə məlumat verdi. Bildirildi ki, "Nizami" kinoteatrı görkəmli memar Mikayıl Hüseynovun layihəsi əsasında tikilmiş və 1934-cü ildə istifadəyə verilmişdir. İlk dövrlərdə bu sənət ocağı "Bədaye" kinoteatrı adı altında fəaliyyət göstərmişdir. Daha sonra dahi Azərbaycan şairi Nizami Gəncəvinin 800 illik yubileyi ilə əlaqədar "Nizami" kinoteatrı adlandırılmışdır.

Prezident İlham Əliyev kinoteatrın rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlət başçısı və xanımı Mehriban Əliyeva binanın foyesində kinoteatrın əvvəlki vəziyyətini, bərpa işlərinin gedişini və yenidənqurmadan sonrakı görüntülərini əks etdirən fotolardan ibarət stendə baxdılar.

Bildirildi ki, uzun illər bu kinoteatrda milli və xarici filmlərin nümayişindən başqa festivallar, müxtəlif mədəni tədbirlər təşkil edilmişdir. Kinoteatrın yay zalının istismarı 1990-cı ildə dayandırılmış, ciddi təmirə ehtiyac duyulan böyük qış zalı isə 2005-ci ildən bağlanmışdır. Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı" çərçivəsində burada aparılan əsaslı təmir və yenidənqurma işləri yüksək səviyyədə başa çatdırılmışdır. Su və kanalizasiya xətlərinin nasazlığı, yeraltı sular binanın özülünü yararsız hala salmışdı. Ona görə də binanın bünövrəsi tamamilə qazılmış, yükdaşıyan konstruksiyalar gücləndirilmişdir.

Prezident İlham Əliyevə məlumat verildi ki, kinoteatrın binasında dörd zal yaradılmışdır. Xaricdə istehsal olunan rəqəmsal kinoproyektorlarla, digər kinoqurğularla təchiz edilmiş bütün zallarda işıq, səs, akustika sistemləri yenidən qurulmuşdur.

Birinci mərtəbədə yüksək zövqlə və müasir dizaynda qurulan 80 və 50 yerlik zallarda filmlərin izlənməsi üçün hər cür şərait yaradılmışdır.

Dövlət başçısı və xanımı ikinci mərtəbədə müxtəlif tədbirlərin və təqdimat mərasimlərinin keçirilməsi üçün ideal şəraiti ilə diqqəti cəlb edən foye ilə tanış oldular.

Azərbaycanda 3D filmlərinin nümayişi üçün ən böyük - 18 metrlik ekranın quraşdırıldığı 500 yerlik əsas zal ilə tanışlıq zamanı məlumat verildi ki, burada beş dildə sinxron tərcümə sistemi yaradılmışdır.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva əsas zalda "Üç müşketyor" filmindən fraqmentləri izlədilər.

Dövlət başçısı üçüncü mərtəbədə kino avadanlığı bölməsində oldu. Bildirildi ki, ilk dəfə olaraq kinoteatrda piratçılığa qarşı şifrələnmiş rəqəmsal kinokopiyanın peyk, internet və ya sərt disk vasitəsilə çatdırılması, yüksək keyfiyyətlə nümayiş etdirilməsi və bütün kinozalların bir məntəqədən idarə olunması nəzərdə tutulmuşdur.

Azərbaycan Prezidenti və xanımı 24 nəfərlik VİP zalı ilə tanış oldular, 3D formatlı filmdən fraqmenti izlədilər. 

Məlumat verildi ki, kinoteatrda ayrıca konfrans zalı və kiçik kafelər də fəaliyyət göstərəcəkdir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva kinoteatrın beşinci mərtəbəsində 250 yerlik "Cinema" restoranına baxdılar. Bildirildi ki, retro üslubunda qurulan restoranda səhnə yaradılmış, divarlar məşhur Azərbaycan filmlərindən fraqmentləri əks etdirən fotolarla bəzədilmişdir. Restoranda tamaşaçıların istirahəti üçün hər cür şərait vardır. Restoranın ən böyük özəlliyi isə ölkəmizdə ilk dəfə məhz burada mövsümə uyğun olaraq mexaniki üsulla açılıb-bağlanan tavanın quraşdırılmasıdır.

Dövlət başçısına və xanımına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yenidən qurulmasının layihəsi də təqdim olundu.

Prezident İlham Əliyev layihə ilə bağlı təkliflərini bildirdi.

Diqqətə çatdırıldı ki, "Nizami" kinoteatrında inzibati otaqlarla yanaşı, mətbuat mərkəzi, televiziya qovşağı da yaradılmışdır. Aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra kinoteatr tamaşaçılar üçün yüksək rahatlığın təmin olunduğu mədəniyyət ocağına çevrilmişdir. Bu da kinoteatrda yeni filmlərin premyeralarının və möhtəşəm kinofestivalların keçirilməsinə imkan verəcəkdir.

"Nizami" kinoteatrında yaradılmış şəraiti yüksək qiymətləndirən dövlət başçısı tövsiyə və tapşırıqlarını verdi.

 

AzərTAc



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM