01:37 18 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:27 18.09.2021

Təkcə qol çatmadı


00:15 18.09.2021

Dünya sual qarşısında


00:13 18.09.2021

BİLDİRİŞ


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Bakıda təməli qoyulan yeni əməkdaşlıq formatı

ANA SƏHİFƏ / SİYASƏT
00:39 03.08.2021

 

Torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən Vətən müharibəsi həm də Azərbaycanın Türkiyə və Pakistanla münasibətlərində yeni səhifə açdı.

Bu iki dövlət Vətən müharibəsi günlərində Azərbaycana göstərdikləri yüksək siyasi-mənəvi dəstəklə dostluq və qardaşlığın əsl nümunəsini ortaya qoydular. Vətən savaşı həm də bu üç dövləti bir-birinə daha yaxın etdi. İyul ayının 27-də imzalanan Bakı Bəyannaməsi göstərdi ki, Azərbaycan, Türkiyə və Pakistan üçtərəfli formatda da uğurlu əməkdaşlıq həyata keçirirlər.

Milli Məclisin deputatlarının açıqlamaları da bu barədədir.

 

Birgə əməkdaşlıqda yeni mərhələ

 

İsa HƏBİBBƏYLİ, 

AMEA-nın vitse-prezidenti,

Milli Məclisin deputatı, akademik:

 

- Azərbaycanın Vətən müharibəsi - Qarabağ savaşı zamanı birbaşa etibarlı dəstəyini əyani şəkildə gördüyü Türkiyə Cümhuriyyəti və Pakistan İslam Respublikası ilə əlaqələri postmüharibə dövründə daha da inkişaf edib möhkəmlənməsidir. Bu mənada Azərbaycan, Türkiyə və Pakistan Parlamenti sədrlərinin qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalamaları ölkələrimizin Prezidentləri səviyyəsində formalaşdırılmış qarşılıqlı etimad şəraitinin parlament sədrləri səviyyəsində də davam etdirilməsinə təminat verir. Üç dost dövlətin spikerlərinin Bakı görüşləri, müzakirəyə çıxarılan məsələlər və əldə olunan nəticələr parlamentlərarası əlaqələrin qarşısında duran ortaq vəzifələrin müəyyən olunması və həyata keçirilməsinin təşkili baxımından mühüm əhəmiyyətə malikdir. Parlamentlərarası əməkdaşlıq müqavilələrinin Bakı Bəyannaməsi adlandırılması diqqətin daha çox Bakıya cəlb edilməsindən başqa, üçtərəfli görüşlərin təşkilində, proseslərin irəli aparılmasında Bakının üzərinə düşən vəzifələrin məsuliyyətini də bir daha artırır.

Bakı Bəyannaməsi Azərbaycan, Türkiyə və Pakistan arasında parlamentlər səviyyəsində yeni bir siyasi dialoq üçün geniş meydan açır.

Bakı Bəyannaməsi siyasi əhəmiyyətinə və məqsədlərinə görə Azərbaycan-Türkiyə və Pakistan Parlamentarilərinin Şuşa Bəyannaməsidir.

Azərbaycanın, Türkiyənin və Pakistanın parlamentləri sədrlərinin imzaladıqları bu Bəyannamə parlamentlərarası dostluq qruplarının, parlamentlərarası münasibətlərin daha da inkişaf etdirilməsində yeni mərhələ açacaq və fərqli bir inkişaf səviyyəsinə nail olmaq üçün geniş imkanlar yaradacaq. Bu sənəd ölkələrimiz arasındakı dostluq və əməkdaşlığı, müttəfiqliyi daha da inkişaf etdirmək üçün yeni əməkdaşlıq platformasıdır.

Bakı Bəyannnaməsi sülh, əməkdaşlıq, birlik və həmrəylik Bəyannaməsi kimi gələcək inkişaf üçün böyük perspektivlər açır.

 

Bakı Bəyannaməsi regionun gələcək inkişafına mühüm töhfə verəcək

 

Tahir MİRKİŞİLİ,

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri:

 

- Milli Məclisdə Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin üçtərəfli görüşündə imzalanan Bakı Bəyannaməsi tarixi və strateji bir hadisədir. Azərbaycan, Türkiyə və Pakistan xalqları tarixboyu yaxın və dost münasibətdə olublar. Hər üç ölkənin dövləti və xalqı çətin zamanlarda daim bir-birilərinə dəstək göstəriblər. Bu üç ölkənin xalqlarını bir-biri ilə qardaşlıq, ülvi hisslər və etibarlılıq birləşdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü Azərbaycanın mövcudluğu hər üç ölkənin bir-biri ilə daha etibarlı şəkildə bağlanmasını təmin etməkdədir.

Bəyannamədə dövlətlərimiz və millətlərimiz arasında mövcud olan əlaqələrin daha da dərinləşdirilməsi üçün üç ölkə arasındakı parlamentar dialoqun və əməkdaşlığın gücləndirilməsinin vacibliyinin qeyd olunması əlaqələrin daha da şaxələnəcəyini deməyə əsas verir. Milli Məclisin Sədri Sahibə Qafarovanın bu il Pakistana rəsmi səfəri zamanı əlaqələrin daha da gücləndirilməsi üçün parlamentin rolu geniş müzakirə olunmuş və bu istiqamətdə fəaliyyətin daha da güclənməsinin zəruriliyi qeyd edilmişdir. Eyni zamanda hər 3 ölkənin parlamenti tərəfindən vahid və əlverişli inkişaf çərçivəsi üzərində işin aparılması da günümüzün tələbidir. Regionda sülhün, təhlükəsizliyin, sabitliyin qorunub saxlanması üçün hər 3 dövlətin səylərinin birləşdirilməsinin vacibliyi də Bakı Bəyannaməsində xüsusi vurğulanır. Beynəlxalq təşkilatların bu məsələlərdə aciz qaldığı bir dövrdə regionun 3 əsas və güclü dövlətinin bu missiyanı öz üzərinə götürmək səyi təqdirəlayiq haldır və regiondakı bütün xalqların marağına xidmət edir.

Azərbaycanın 44 günlük Vətən müharibəsində öz torpaqlarını işğaldan azad etməsi ilə Ermənistanın işğalçılıq siyasətinə sarsıdıcı zərbə vurması Bəyannamədə bir daha belə qüvvələrə imkan verilməməsi üçün birgə fəaliyyətin təşkilinin vacibliyinin qeyd olunmasını təmin edib. Digər tərəfdən bütövlükdə, beynəlxalq qanunlara hörmət, hər kəsin inkişafı üçün ədalətli şəraitin yaradılması Bəyannamənin əsas xətlərindən birini təşkil edir. Eyni zamanda Azərbaycanın təşəbbüskarı olduğu nəqliyyat, ticarət, enerji layihələrində, xalqlar arasında təmas, təhsil, sosial və mədəniyyət, turizm, elm və rabitə texnologiyalarında regional müstəvidə daha yaxın əməkdaşlıq qurmaq səylərində hökumətlərə parlamentlərin ətraflı dəstək vermək çağırışı da Bakı Bəyannaməsinin əsas xətlərindən biridir.

Bakı Bəyannaməsi regionun gələcək inkişafında və dünyada öz layiqli yerinin daha da möhkəmlənməsinə mühüm töhfəsini verəcək. Şuşa Bəyannaməsinin imzalanması ilə regionda başladılan yeni bir mərhələ Bakı Bəyannaməsi ilə daha da şaxələndi. Baş verən bütün bu proseslər isə qardaş xalqlarımızın gələcək inkişafı və daha da güclənməsi üçün çox mühüm və strateji bir planın ilk mərhələsidir.

 

Dost və qardaş ölkələr arasında Bakı Bəyannaməsinin imzalanması strateji əhəmiyyət daşıyır

 

Siyavuş NOVRUZOV,

Milli Məclisin Regional məsələlər komitəsinin sədri:

 

- Azərbaycan 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə möhtəşəm qələbə qazanaraq öz ərazi bütövlüyünü təmin etdi və tarix yazdı. Bu tarixi zəfəri təmin edən çox mühüm amillərdən biri də dost və tərəfdaş dövlətlərin ölkəmizə mənəvi-siyasi dəstəyi oldu. Bu sırada Türkiyə və Pakistan dövlətlərinin xüsusi yeri və müstəsna rolu ayrıca qeyd edilməlidir.

Ümumiyyətlə, ölkəmizlə dostluq və qardaşlıq münasibətlərinə malik olan hər iki güclü dövlətin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məsələsində mövqeyi hər zaman ədalətli və qətiyyətli olub. Həm Türkiyə, həm də Pakistan istər 30 ilə yaxın davam edən işğal dövründə, istər İkinci Qarabağ savaşı zamanı, istərsə də postmünaqişə mərhələsində Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və haqlı mövqeyinə prinsipial dəstək ifadə ediblər. Bu, Azərbaycan xalqı və dövləti tərəfindən olduqca yüksək qiymətləndirilir.

Yeni mərhələdə hər üç dövlət müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsində, bir-birinin milli maraqlarının beynəlxalq müstəvidə qorunmasında güclü siyasi iradə nümayiş etdirir. Bu istiqamətdə mühüm təklif və təşəbbüslər irəli sürülür, konkret addımlar atılır.

Azərbaycan Respublikasının Milli Məclisinin parlamentlərarası üçtərəfli əməkdaşlıq formatının təsis edilməsi təşəbbüsünü irəli sürməsi, təşəbbüsün Türkiyə və Pakistan tərəfindən müsbət qəbul olunması bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Təməli qoyulan üçtərəfli parlamentlərarası əməkdaşlıq formatı çərçivəsində parlament sədrlərinin birinci üçtərəfli görüşünün yekunlarına dair Bakı Bəyannaməsinin imzalanması isə strateji önəm daşıyır. Bu, ölkələrimiz arasında tarixi əhəmiyyətə malik dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə, strateji tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə əlavə təkandır.

Eyni zamanda Azərbaycan-Türkiyə-Pakistan münasibətlərinin inkişafı regional və beynəlxalq təhlükəsizliyə, əməkdaşlığa ciddi  töhfədir. Əminliklə söyləmək olar ki, ölkələrimiz bundan sonra da müxtəlif sahələrdə işbirliyini uğurla davam etdirməklə yeni tarixi nailiyyətlərin altına imza atacaqlar!

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM