15 Dekabr 2011 01:12
324
CƏMİYYƏT
A- A+

Bakıda «Səriştəlilik, müstəqillik, qərəzsizlik, şəffaflıq, səmərəlilik - müasir dövrün tələbləri prizmasından Azərbaycanda məhkəmə-hüquq islahatları» mövzusunda beynəlxalq konfrans keçirilmişdir

 

Dekabrın 14-də Ali Məhkəmədə "Səriştəlilik, müstəqillik, qərəzsizlik, şəffaflıq, səmərəlilik - müasir dövrün tələbləri prizmasından Azərbaycanda məhkəmə-hüquq islahatları" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. 

AzərTAc xəbər verir ki, konfransda ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların, Məhkəmə-Hüquq Şurasının, Ədliyyə Nazirliyinin, QHT-lərin nümayəndələri, Milli Məclisin deputatları Konstitusiya və Ali məhkəmələrin hakimləri iştirak etmişlər. Ümumilikdə tədbirdə xarici və yerli iştirakçılar da daxil olmaqla 100-ə yaxın hüquqşünas  iştirak etmişdir. 

Konfrans iştirakçıları əvvəlcə Ali Məhkəmənin inzibati binası, burada hakimlər üçün yaradılmış iş şəraiti ilə tanış olmuşlar.

Tədbir Məhkəmə-Hüquq Şurasının, Ali Məhkəmənin, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) və Azərbaycan Hüquq İslahatları Mərkəzinin (AHİM) birgə təşkilatçılığı ilə keçirilmişdir.

Konfransın məqsədi Azərbaycanda aparılmış mütərəqqi məhkəmə-hüquq islahatlarının əhəmiyyətini müzakirə etmək, BMT tərəfindən qəbul olunmuş "Hakimlərin davranışı üzrə Banqalor Prinsipləri"ni hüquq ictimaiyyətinə tanıtmaq, ölkəmizdə hakimlərin davranış qaydalarını tənzimləyən cari Kodeksin adıçəkilən Prinsiplərin prizmasından təkmilləşdirilməsi perspektivlərini müəyyənləşdirmək və bu sahədə milli və beynəlxalq təcrübəni bölüşməkdir.

Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirmişdir ki, bugünkü konfrans mühüm və hazırkı dövr üçün aktual olan bir mövzuya həsr olunmuşdur. Ümidvaram ki, Bakıda təşkil olunmuş bu konfrans işgüzar şəraitdə keçəcəkdir.

R.Rzayev konfransın hüquq ictimaiyyəti üçün əhəmiyyəti barədə danışmış, hakimlərin öz fəaliyyətlərində Banqalor Prinsiplərindən yararlanacaqlarını qeyd etmişdir.

Azərbaycanda bu istiqamətdə aparılan islahatlar haqqında danışan sədr bildirmişdir ki,  hakimlərin əxlaq kodeksini nəzərdən keçirsəniz görərsiniz ki, Banqalor  Prinsiplərinin bir çox müddəaları burada  əksini tapmışdır. Əlbəttə ki, Banqalor Prinsipləri daha geniş olmaqla hakimlərin davranışının demək olar ki, bütün sahələrini əhatə edir. Azərbaycanda hər bir  məhkəmə hakimləri tərəfindən onun öyrənilməsi və tətbiqi təmin edilir. Hakimliyə namizədlər üçün keçirilən seminarlarda da bu barədə mühazirələr oxunulur, hakimliyə namizədlər tərəfindən də bu prinsiplərin mənimsənilməsinə  diqqət yetirilir.

Türkiyə Ədliyyə Akademiyasının rəhbəri Hüseyn Yıldırım və Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle tədbirin əhəmiyyətindən danışmışlar. Bildirilmişdir ki, Azərbaycanda məhkəmə-hüquq sahəsində islahatlar uğurla aparılır. Son illər Azərbaycanda məhkəmə-hüquq sahəsində aparılmış islahatlar nəticəsində yeni və beynəlxalq tələblərə cavab verən məhkəmə sistemi yaradılmışdır. Azərbaycan  bu sahədə böyük nailiyyətlər əldə etmişdir. 

BMT-nin Ədalətli Məhkəmə Hakimiyyəti üzrə Hakimlər Qrupunun əlaqələndiricisi Nihal Cayavikrama  konfrans iştirakçılarına Banqalor Prinsiplərinin hazırlanması tarixi, bu sənədin hansı zərurətdən ortaya çıxması barədə məlumat vermişdir. Natiq Azərbaycan dövlətinin və hüquq ictimaiyyətinin Prinsiplərə belə həssaslıqla yanaşmasını təqdirəlayiq hal hesab etmişdir.

Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyasının (CEPEJ) vitse-prezidenti Georq Stavanın "Məhkəmə sistemlərinin ədalətliliyinin təyin edilməsi üzrə Avropa Şurasının alətləri" mövzusunda çıxışı da maraqla qarşılanmışdır.

Konfransda Məhkəmə-Hüquq Şurasının üzvü, Ədliyyə Nazirliyinin Təşkilat-Nəzarət Baş İdarəsinin rəisi Azər Cəfərovun "Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları və ümumi qəbul olunmuş dəyərlər", Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayevin "AR Konstitusiya prizmasından müstəqil və qərəzsiz hakim idealı",  Azərbaycan Hüquq İslahatları Mərkəzinin sədri Anar Bağırovun "Hakimlərin davranışı üzrə Banqalor Prinsipləri"nə vəkil baxışı", Türkiyə Ali Məhkəməsinin hakimi Sami Sezai Uralın "Hakimlərin davranışı üzrə Banqalor Prinsipləri"- Türkiyə təcrübəsi", Tbilisi Apelyasiya Məhkəməsinin hakimi Tamar Zambaxidzenin "Hakimlərin davranışı üzrə Banqalor Prinsipləri" - Gürcüstan təcrübəsi" və digər natiqlərin müxtəlif mövzularda çıxışları ətrafında müzakirələr aparılmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video