20:37 24 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:09 24.10.2021 256 il yaşayan insan
00:07 24.10.2021 Aman qocalıq
00:06 24.10.2021

Ən tez bu orqan qocalır


00:04 24.10.2021 Cavanlığın sirri
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Bakıda «Kitabxanalar milli mədəniyyətin dirçəliş resursudur» mövzusunda beynəlxalq konfrans işə başlamışdır
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
12:10 19.10.2011

 

Oktyabrın 18-də C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi, UNESCO-nun "İnformasiya hamı üçün" Proqramının Azərbaycan Komitəsinin təşkilati dəstəyi ilə "Kitabxanalar milli mədəniyyətin dirçəliş resursudur" mövzusunda beynəlxalq konfrans işə başlamışdır.

AzərTAc xəbər verir ki,  Prezident İlham Əliyevin 2008-ci il 6 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə tədbirlər planının müvafiq bəndinə əsasən təşkil edilmiş konfransda Azərbaycanın və Rusiya Federasiyasının kitabxana mütəxəssislərinin məruzələri dinlənilib müzakirə olunacaqdır.

Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev tədbir iştirakçılarını Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə təbrik edərək demişdir ki, ötən illər ərzində bütün sahələr kimi ölkəmizin kitabxana sistemi də dövrün tələblərinə uyğun olaraq müasirləşdirilmişdir.

Vaqif Əliyev bildirmişdir ki, bu gün ənənəvi nəşrlərin elektron formata çevrilməsi, rəqəmsal irsin yaradılması kitabxanaların qarşısında duran aktual problemlərdəndir. Artıq ölkəmizdə fəaliyyət göstərən bir çox kitabxanalarda bu istiqamətdə mühüm işlər görülmüşdür. Lakin biz klassik kitabxana sisteminin də milli-mənəvi sərvətlərimizin qorunması, təbliği istiqamətində gördüyü əvəzsiz xidməti unuda bilmərik.

Nazir müavini qeyd etmişdir ki, belə konfranslar qarşılıqlı əməkdaşlıq, həmçinin birgə layihələrin reallaşdırılması baxımından olduqca əhəmiyyətlidir.

Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin ölkələrimiz arasında mövcud olan siyasi, iqtisadi, mədəni əlaqələrdən söz açmışdır. Bildirmişdir  ki, bugünkü konfrans qarşılıqlı əməkdaşlığın bütün sahələrdə uğurla davam etdirildiyini bir daha sübut edir.

Kitabxana sahəsində əməkdaşlığı yüksək qiymətləndirən səfir konfransın işinə uğurlar arzulamışdır.

UNESCO üzrə Azərbaycan Milli Komissiyasının məsul katibi Günay Əfəndiyeva 18 oktyabr tarixinin Azərbaycan dövləti üçün çox önəmli olduğunu xatırlatmış və konfransın belə əlamətdar günə təsadüf etməsini xüsusi vurğulamışdır.

G.Əfəndiyeva konfrans iştirakçılarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında geniş məlumat vermiş və münaqişə nəticəsində Ermənistanın hərbi təcavüzünə məruz qalmış çoxsaylı kitabxanalarımızdan və bu kitabxanalarda məhv edilmiş nadir nüsxələrdən söz açmışdır.

Mədəniyyət və Turizm Nazirliyinin kitabxana sektorunun müdiri  Lətifə Məmmədova, Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin nümayəndəsi Tatyana Kuznetsova və başqaları tədbirin əhəmiyyətindən danışmış və konfransın işinə uğurlar arzulamışlar.

İkigünlük konfrans çərçivəsində bir sıra maraqlı məruzələr dinləniləcək və ustad dərsləri keçiriləcəkdir. Konfrans çərçivəsində Azərbaycanın qabaqcıl region kitabxanalarının fəaliyyətinin təqdimatı keçiriləcək, onların fəaliyyətinə həsr olunmuş slayd-şou nümayiş etdiriləcəkdir.

Konfrans işini oktyabrın 19-da tamamlayacaqdır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM