28 Sentyabr 2011 12:09
331
İQTİSADİYYAT
A- A+

Bakıda enerji statistikası üzrə beynəlxalq seminar işə başlayıb

 

Dünən Bakıda BMT-nin statistika şöbəsi və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən təşkil olunmuş enerji statistikası üzrə beynəlxalq seminar öz işinə başlayıb. Seminar dörd gün davam edəcək.

Tədbirdə BMT-nin Statistika Komissiyasının 2011-ci il fevral ayında keçirilmiş 42-ci sessiyasında qəbul edilmiş "Enerji" statistikasına dair beynəlxalq tövsiyələr"in təcrübədə tətbiqi məsələləri, BMT və enerji statistikası üzrə Oslo qrupu tərəfindən hazırlamaqda olan "Enerji" statistikasının aparılmasına dair vəsait" müzakirə olunur. Gündəliyə uyğun olaraq seminarda enerji statistikası ilə bağlı konseptual çərçivə, hüquqi baza və institusional tədbirlər, təsnifatlar, məlumat mənbələri və onların toplanması, enerji balansının tərtibi, enerji hesabının qurulması və s. mövzular üzrə çıxışlar, ayrı-ayrı ölkələrin təcrübələri haqqında fikir mübadiləsi aparılır.

Seminarda Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Enerji Agentliyi və  Böyük Britaniyadan olan ekspertlər, Rusiya, Belarus, Gürcüstan, Qazaxıstan, Moldova, Qırğızıstan, Tacikistan, Ukrayna və Özbəkistanın milli statistika qurumlarından və enerji sahəsində fəaliyyət göstərən əsas dövlət orqanlarından, habelə Azərbaycan Respublikasının əlaqədar nazirlik və digər təşkilatlarından mütəxəssislər iştirak edirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video