15 Sentyabr 2011 12:09
430
Mədəniyyət
A- A+

«Bakıda batika həftəsi» adlı sərgi açılacaqdır

 

Sentyabrın 16-da Muzey Mərkəzinin sərgi qalereyasında "Bakıda batika həftəsi" adlı sərgi açılacaqdır. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, sərgidə Azərbaycan rəssamlarının müxtəlif nəsillərini təmsil edən batika ustalarının əsərlərinin nümayişi nəzərdə tutulmuşdur.

Dekorativ-tətbiqi sənət növlərindən biri olan batika sənəti Azərbaycanda xalqımızın qədim ənənələrə malik kəlağayı sənətinin çağdaş varisi kimi inkişaf edib zənginləşməkdədir. Orta əsrlərdən başlayaraq Şirvan, Baskal və Gəncədə ipəkçiliyin inkişafı ilə əlaqədar xalq sənətkarlarının, xüsusilə də qadınların məşğuliyyət növü kimi bu sənəti yaşadanların sayı yüzlərlə olmuşdur.

Qədim ipəkçilik, kəlağayı sənətinin inkişafı və Rəna İbrahimbəyova, Cəlil Tarverdiyev, Ənvər Qarayev, Tatyana Ağababayeva və digər müasir batika ustalarımızın yaradıcılığı sayəsində Azərbaycan batikanın inkişaf etdiyi ölkələr arasında önəmli yer tutur.

Lakin bütün bunlara baxmayaraq, indiyədək Azərbaycan batika ustalarının iştirakı ilə sərgi açılmamışdır. Azərbaycan rəssamlarının və xalq sənətkarlarının yaratdığı nadir sənət inciləri hesab olunan batika əsərlərinin üzə çıxarılması və nümayişi, bu sənətin gələcək inkişafı üçün stimul yaradılması məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ilk dəfə olaraq "Bakıda batika həftəsi" adlı sərgi keçiriləcəkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video