16 May 2013 12:05
503
Səhiyyə
A- A+

Bakıda 3-cü «Bakı ürək günləri» beynəlxalq konqresi keçiriləcəkdir

 

Mayın 17-dən 19-dək Bakı şəhərində Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı ilə 3-cü "Bakı ürək günləri" beynəlxalq konqresi keçiriləcəkdir.

Cəmiyyətdən AzərTAc-a bildirmişlər ki, bu mühüm tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuşdur.  Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi səhiyyə siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizdə kardiologiyanın və ürək-damar cərrahiyyəsinin sürətli inkişafına səbəb olmuşdur.

 Konqresdə azərbaycanlı həkimlər xarici ölkələrin tanınmış mütəxəssisləri ilə kardiologiya sahəsindəki problemləri və ən son nailiyyətləri müzakirə edəcəklər. Bundan əlavə, mübahisəli xəstələr üzərində dünyanın tanınmış mütəxəssisləri ilə birgə aparılacaq əməliyyatlar konqres salonundan canlı yayımlanacaqdır. Eyni zamanda,  heyvan ürəkləri üzərində "Ürəyin cərrahi anatomiyası" mövzusunda təcrübi kurs təşkil olunacaqdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video