31 Yanvar 2012 12:01
420
İQTİSADİYYAT
A- A+

Bakı şəhərinin Turist Atlası çap edilib

 

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı kartoqrafiya fabriki 3 dildə (Azərbaycan, rus və ingilis) Bakı şəhərinin Turist Atlasını hazırlayıb çap etmişdir.

Atlasda Bakı şəhərinin planı, ümumi coğrafiyası, iqlimi, torpağı, bitki aləmi, ekoloji vəziyyəti, arxeoloji və memarlıq abidələri, "İçərişəhər" tarixi - memarlıq və "Qala" tarixi- etnoqrafik qoruqları, kurortlar, çimərliklər, bütün növ nəqliyyatların hərəkət cədvəli, turizm agentlikləri və digər mühüm yerlər öz əksini tapmışdır. 160 səhifədən ibarət olan atlasda ilk dəfə olaraq kosmik şəkillərdən istifadə edilmişdir.

Bakı şəhərinin Turist Atlası  cari ilin may ayında paytaxtımızda keçiriləcək "Evrovision" mahnı müsabiqəsi zamanı ölkəmizə gələcək turistlər və xarici qonaqlar üçün lazımi əyani vəsaitdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video