25 Avqust 2021 00:31
968
İQTİSADİYYAT
A- A+

Bakı Limanı növbəti dəfə “Eco Ports” sertifikatına layiq görülüb

 

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (Bakı Limanı) Avropa Dəniz Limanları Təşkilatının (European Sea Ports Organization - ESPO) Liman Ətraf Mühitin Təhlili Sistemi (PERS) - “EcoPorts” sertifikatı növbəti dəfə təqdim edilib.

Regionda ilk dəfə olaraq hələ iki il əvvəl bu sertifikatı əldə edərək “Yaşıl Liman” statusunu qazanan Bakı Limanının bu adı qoruyub saxlaması ətraf mühitin qorunması üçün atılan addımlar nəticəsində mümkün olmuşdur.

Vurğulanıb ki, Avropada hazırda bu statusa cəmi 30 liman layiq görülüb. Belə bir siyahıda Avropanın qabaqcıl limanları ilə yanaşı, Bakı Limanının da adının olması, həm regionumuz, həm də ölkəmizin uğurudur.

Qeyd edək ki, Bakı Limanı üçün ekologiyanın qorunması və inkişaf etdirilməsi əsas prioritetlərdəndir və bu istiqamətdə həm yerli, həm də beynəlxalq təşkilatlar, ekspertlərlə mütəmadi olaraq əməkdaşlıq edilir.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video