21:23 19 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:57 19.09.2021

Saxta erməni iddiaları


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / HÜQUQ MƏSLƏHƏTI
01:10 04.10.2015

 

Məhkəmə qərarı əsasında məndən iki uşaq üçün aliment tutulur. Bir müddət işləmədiyim üçün aliment ödəyə bilmədim. Bu səbəbdən 2400 manata yaxın aliment borcum toplanıb. Hazırda fərdi qaydada istehsalat sexi açaraq işləyirəm və qazandığım pul əsasında aylıq aliment məbləğini ödəyirəm. Lakin ödənilməmiş aliment borcu qaldığına görə mənə sexdəki dəzgahların üzərinə həbs qoyulacağı barədə xəbərdarlıq edilib. Halbuki alimenti - cari ödənişləri məhz sexin işlədilməsindən qazanılan vəsait hesabına ödəyirəm. Belə bir xəbərdarlıq və ya icraat qanuni sayıla bilərmi?

 

Akif HƏSƏNOV,

Sumqayıt şəhəri

           

- “İcra haqqında” qanun tələbin borclunun pul vəsaitlərinə və başqa əmlakına yönəldilməsini məcburi icra tədbiri kimi təsbit edir (maddə 43). Bu  qanunun 45-ci maddəsi isə sözügedən məcburi icra tədbirinin qaydasını nizama salır. Belə ki, icra sənədi üzrə tələb ilk növbədə sizin manatla və xarici valyuta ilə olan pul vəsaitinizə yönəldilə bilər (maddə 45.2). Əgər toplanmış aliment borcunuzun tam şəkildə ödənilməsi üçün yetərli pul vəsaitinə malik deyilsinizsə, tələb sizin digər əmlakınıza da yönəldilə bilər (maddə 45.6). Lakin bu zaman “İcra haqqında” qanun sizə imkan verir ki, tələbin birinci növbədə hansı əmlakınıza və əşyalarınıza yönəldilməsini icra məmuruna bildirəsiniz. Sizin belə müraciətiniz icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur (maddə 45.6).

Bundan başqa, adı çəkilən qanunun 49-cu maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyun 2002-ci il tarixli 89 nömrəli qərarı ilə “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin siyahısı müəyyən edilmişdir. Həmin siyahıda göstərilmiş əmlaklara, bir qayda olaraq, tələb yönəldilə bilməz. “İcra haqqında” qanunun 49.1-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin sözügedən qərarının 9-cu bəndi borclunun peşə fəaliyyətini davam etməsi üçün zəruri olan avadanlığa tələb yönəldilməsini istisna edir.

Beləliklə, sexdəki avadanlıqların sizin peşə fəaliyyətinizin həyata keçirilməsi üçün zəruri olmasını, eləcə də qazancını bu fəaliyyətdən əldə etməyinizi, həmin avadanlıqlara tutma yönəldilməsi halında aliment öhdəliyinizin gələcəkdə icrasının xeyli çətinləşə biləcəyini nəzərə alaraq və yuxarıda qeyd edilən maddələrdən çıxış edərək bu nəticəyə gəlmək olar ki, sexdəki avadanlıqlara tutma yönəldilməsi qanuni sayıla bilməz.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM