11 Sentyabr 2016 12:09
35373
Hüquq məsləhəti
A- A+

Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir

 

Tərəfimdən banka qarşı iqtisad məhkəməsində iddia qaldırılmışdır. Bank da, öz növbəsində, kredit müqaviləsi üzrə borclu kimi mənə və zaminlərə qarşı ümumi məhkəməyə iddia ərizəsi vermişdir. Məhkəmədən bu iki işin bir-biri ilə sıx bağlı olması səbəbindən birləşdirilməsini tələb etsəm də, bu barədə ərizəm təmin edilməmişdir. Bu işlərə eyni icraatda baxılması mümkündür?

 

Əli MƏMMƏDOV,

Bakı şəhər sakini

 

Məlum olduğu kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin III fəsli məhkəmə aidiyyəti, IV fəsli isə ərazi aidiyyəti ilə bağlı məsələləri tənzimləyir. Bir-biri ilə əlaqədar olan işlərin birgə baxılmasının mümkünlüyünü 43.1-ci maddə  təsbit edir.

Məcəllənin IV (“Ərazi aidiyyəti”) fəslinə aid bu maddədə deyilir:  “Əgər müxtəlif məhkəmələrin icraatında olan işlər bir-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir”.

Bunula belə,  əlaqəli işlərin eyni icraatda birləşdirilməsi üçün onların hər ikisinin ya ümumi (rayon (şəhər) məhkəməsi), ya da ixtisaslaşdırılmış məhkəməyə (inzibati-iqtisadi məhkəməyə) aid olması tələb edilir. Bu baxımdan adı çəkilən məcəllənin 43.1-ci maddəsi biri ümumi, digəri isə ixtisaslaşdırılmış məhkəməyə aid olan iki işin eyni icraatda birləşdirilməsinə əsas vermir.   

Sizin işlər bir-biri ilə sıx bağlı olsa da, bank ümumi məhkəmədə, siz isə iqtisad məhkəməsində  iddia qaldırdığınızdan işləri eyni icraatda birləşdirmək qanunvericiliklə mümkün deyil.   

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video