22 Fevral 2012 12:02
323
İQTİSADİYYAT
A- A+

Bakı-Böyük Kəsik dəmir yolu təmir olunur

 

Bakı-Böyük Kəsik dəmir yolunun Səngəçal-Qobustan hissəsində 1,5 kilometr yolun əsaslı təmirinə başlanıb. "Azərbaycan Dəmir Yolları" QSC-nin verdiyi məlumata görə, ümumilikdə, fevral ayı ərzində 10 kilometr yolun təmiri başa çatacaq. İndiyədək 4,5 kilometr yol təmir olunub.

Qeyd edək ki, Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun əsaslı təmiri Azərbaycan Respublikası hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdirilən "Dəmir yolu ticarəti və nəqliyyatının dəstəklənməsi Layihəsi" çərçivəsində Çexiya "Eximbank"ının ayırdığı 215 milyon avro məbləğində krediti hesabına həyata keçirilir.

Bakı-Böyük Kəsik sahəsində 317 kilometr yolun əsaslı təmirinə 2011-ci ilin iyununda başlanıb. Bu günə kimi 55,5 kilometr yol əsaslı təmir olunub. Yolların əsaslı təmiri prosesini Çexiya "Eximbank"ının nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini artırmaq mümkün olacaq.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video