17 Iyun 2020 14:56
1081
Elm və texnika
A- A+

Bakı Ali Neft Məktəbində “Petkim” Petrokimya Holdinqin nümayəndələri ilə onlayn görüş keçirilib


Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov "Petkim” Petrokimya Holdinqin nümayəndə heyəti ilə onlayn görüş keçirib.

BANM-dən AZƏRTAC-a bildirilib ki, görüşdə "Petkim” Petrokimya Holdinqin İnsan resursları üzrə baş direktorunun müavini Levent Kocagül, SOCAR Türkiyənin istedad qəbulu üzrə meneceri Nazlı Ünsal və SOCAR Türkiyənin təşkilati inkişaf nəzarətçisi Nərmin Abdullayeva iştirak edib.

Şirkət nümayəndələri ilə "Petkim” Petrokimya Holdinqə daxil olan zavod və müəssisələrdə BANM tələbələrinin təcrübə və karyera imkanları barədə fikir mübadiləsi aparılıb.

Rektor Elmar Qasımov tədris zamanı əldə etdikləri nəzəri biliklərin zənginləşdirilməsi məqsədilə ali məktəbin tələbələrinin hər il SOCAR-ın bütün idarə və istehsalat müəssisələrinə, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlərə, həmçinin Türkiyənin "Petkim” şirkətinə istehsalat təcrübəsinə göndərildiyini qeyd edib. O, istehsalat təcrübəsi zamanı tələbələrin iş prosesi, istismarda olan hər bir qurğunun iş prinsipi, idarəetmə sistemi ilə yaxından tanış olması və peşəkar mütəxəssislərlə işləməsi kimi imkanlar qazandığını vurğulayıb.

Rektor bildirib ki, BANM və "Petkim” arasında əldə olunan razılaşmaya əsasən, ali məktəbin tədrisdə fərqlənən tələbələri ildə bir dəfə olmaqla "Petkim”ə daxil olan zavodlarda yay istehsalat təcrübəsinə göndərilir və təcrübə prosesini uğurla tamamlamış məzunlar seçilərək işlə təmin olunurlar.

Sonda builki mövcud vəziyyəti nəzərə alaraq yay təcrübə proqramının cari il üzrə təxirə salınması, gələcəkdə işə və təcrübəyə qəbul edilən tələbələrin sayının isə mümkün olduqca artırılması qərara alınıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video