18 Yanvar 2012 01:01
362
İQTİSADİYYAT
A- A+

«AzSığorta» «Mobil sığortaçı» layihəsinin icrasına başlayıb

 

"Azsığorta" ASC ölkədə ilk dəfə olaraq "Mobil sığortaçı" layihəsinin icrasına başlayıb. Bu barədə "APA Economics"ə açıqlamasında şirkətin idarə heyətinin sədri Abbas Babayev bildirib.

A.Babayevin sözlərinə görə, "Mobil sığortaçı" layihəsi "Zəng edin - gələk" devizi altında həyata keçirilir. Layihə çərçivəsində vətəndaşlar şirkətin telefon nömrələrinə zəng edərək sığorta şəhadətnamələrini əldə edə bilərlər. Bunun üçün şirkətin əməkdaşları sifariş olunan ünvana gəlir və yerində vətəndaşlara xidmət göstərirlər.

A.Babayev bildirib ki, layihənin məqsədi vətəndaşlara göstərilən xidmətləri daha da təkmilləşdirmək və müştərilərin rahatlığını təmin etməkdir.

Qeyd edək ki, "AzSığorta" ASC 2006-cı ildən fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə 28 könüllü və 4 icbari sığorta növü üzrə sığorta xidmətləri təklif edir. Şirkətin 200-dən çox əməkdaşı var və o, 7 regional filialı vasitəsilə bütün ölkəni əhatə edir. Cari il yanvarın 1-nə şirkətin nizamnamə kapitalının həcmi 19,860 milyon manatdır.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video