17 Yanvar 2012 02:01
382
İQTİSADİYYAT
A- A+

«Azerspace-1» telekommunikasiya peyki istehsal mərhələsindədir

 

Azərbaycanın "Azerspace-1" telekommunikasiya peyki ABŞ-ın "Orbital Sciences Corporation (Orbital)" şirkətinin zavodunda istehsal mərhələsindədir.

Hazırda peyk platformasının tərkib hissələrinin yığılması və platformaya faydalı yükün quraşdırılması üzrə işlər aparılır.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildirmişlər ki, bununla paralel ölkədə Əsas və Ehtiyat Yerüstü Peyk İdarəetmə mərkəzləri üçün lazım olan yerüstü infrastrukturun yaradılması işləri həyata keçirilir. Yerüstü peyk idarəetmə avadanlığının mühüm hissəsi "Orbital" şirkəti tərəfindən bu il ərzində Azərbaycana göndəriləcək.

Xatırladaq ki, "Azerspace-1" peyki Fransanın "Arianespace" şirkətinin "Ariane 5" raketdaşıyıcısı vasitəsilə Cənubi Amerikada Fransız Qvianası əyalətinin Kuru Kosmodromundan orbitə çıxarılacaq. Peykin istehsalı və onun buraxılması prosesinə texniki monitorinq üzrə Kanadanın "Telesat" şirkəti nəzarət edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video