06 May 2021 00:45
866
ELANLAR
A- A+

“Azərişıq” ASC 0,4 kV ÖİN xətlərinin daşınması üçün müxtəlif birləşmə və saxlayıcı aksesuarların satın alınması  məqsədilə açıq tender elan edir

 

Tender 1 (bir) LOT üzrə keçirilir:          

Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar LOT üzrə müəyyən edilən məbləğdə iştirak haqqını yalnız “ASAN ödəniş” vasitəsilə həyata keçirə bilərlər. Müsabiqəyə daxil olduqdan sonra “ASAN ödəniş”lə “ödə” düyməsini sıxaraq aidiyyəti keçid vasitəsilə ödənişi etdikdən sonra müsabiqədə iştirak etmək olar.

LOT-1: 0,4 kV ÖİN xətlərinin daşınması üçün müxtəlif birləşmə və saxlayıcı aksesuarların satın alınması

İştirak haqqı - 300 manat

 “Azərişıq” ASC

Hesab: AZ83AIIB33020029441802068118

VÖEN: 9900069391

Benefisiarın Bankı: Kapital Bankın  Gənclik filialı

Kod: 200189 

VÖEN: 9900003611

Müxbir hesabı: AZ37NABZ01350100000000001944 

SWIFT Code: AIIBAZ2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Əlaqələndirici şəxs - Emil Əliyev (telefon: 440-39-93, daxili (29-18))

[email protected]

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə (Təsdiqedici sənədin əsli skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir);

- malgöndərənin VÖEN-i, bank rekvizitləri, ünvanı, dövlət reyestrindən çıxarış (Təsdiqedici sənədin əsli skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir);

- Azərbaycan Respublikasında vergilərə

 və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış (Təsdiqedici sənədin əsli skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir); 

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (Təsdiqedici sənədin əsli skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir);

- Azərbaycan Respublikası Dövlət Statistika Komitəsindən mikro, kiçik və ya orta sahibkarlıq subyektləri olduğunu təsdiq edən arayış (təsdiqedici sənədin əsli skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir (İri sahibkarlıq subyektləri qanuna əsasən elektron Portal vasitəsilə keçirilən tenderdə iştirak edə bilməz));

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (Təsdiqedici sənədin əsli skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir);

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (Təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 bank günü çox olmalıdır);

- iddiaçının son 3 (üç) illik və ya fəaliyyətə başladığı dövrdən iş təcrübəsi, yerinə yetirdiyi cari işlər və müqavilələr barədə məlumatlar  (Arayış formasında imzalanıb möhürlənərək skan formasında PDF formatında təqdim olunmalıdır);

- iddiaçı şirkətin rəhbərinin, habelə işlərini idarə edənlərin satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində məhkum olunmaması haqqında arayış (Təsdiqedici sənədin əsli skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir);

- iddiaçının maddi-texniki bazası (sifarişi yerinə yetirməsi imkanı) haqqında məlumat (Arayış formasında imzalanıb möhürlənərək skan formasında PDF formatında təqdim olunmalıdır);

- təklif edilən malların yerli və ya beynəlxalq sertifikatları (tələb olunduğu halda təqdim olunmalıdır).

İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 03 iyun 2021-ci il saat 11:00-a qədər, tender təklifi və bank təminatı sənədlərini 11 iyun 2021-ci  il saat 11:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 14 iyun 2021-ci il saat 11:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.

Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal  vasitəsilə aparılır.

 

Tender komissiyası

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video