08:42 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:59 21.10.2021

21 oktyabr


01:54 21.10.2021

BİLDİRİŞ


01:53 21.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

«Azərikimya»nın texniki izopropil sexi yenidən qurularaq istifadəyə verilib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:01 11.01.2012

 

"Azərikimya" İstehsalat Birliyinin sex və istehsalat sahələrində yenidənqurma və modernləşdirmə işləri davam etdirilir. İB-dən "APA_Economics"ə verilən məlumata görə, birliyin "EP-300" və "Polimir-120" komplekslərində aparılmış genişmiqyaslı əsaslı təmir və yenidənqurma işlərindən sonra etilen-polietilen zavodunun texniki izopropil sexi rekonstruksiya olunaraq istifadəyə verilib.

"Azərikimya" İB-in təmir-tikinti, eləcə də nəqliyyat və xüsusi texnika idarələrinin təmir briqadaları tərəfindən aparılan yenidənqurma işlərindən sonra artıq texnoloji qurğuda məhsul istehsalına başlanılıb.

1960-cı illərdə istifadəyə verilmiş texniki izopropil sexində belə bir genişmiqyaslı əsaslı təmir son 20 ildə ilk dəfə həyata keçirilib. Birliyin "Kimyalayihə" İnstitutunun texniki layihəsi əsasında məhsuldarlığın artırılması, keyfiyyətin yüksəldilməsi məqsədilə bir sıra mühüm texniki dəyişikliklər, yeniliklər tətbiq edilib. Müxtəlif kalon və çənlər daha geniştutumlu yeniləri ilə əvəz olunub, xammalın və ilkin məhsulların nəql olunduğu, korroziya və aşınmaya məruz qalmış texnoloji xətlər bütünlüklə təzələnib. Almaniyanın "Lurge" şirkətinin istehsalı olan daha effektiv qızdırıcı kameranın və vakuum sisteminin texnoloji sxemə daxil edilməsi məhsul çıxımının artmasına və keyfiyyətin yaxşılaşmasına zəmin yaradıb.

Aparılmış əsaslı təmir və yenidənqurma işlərinin ən mühüm nəticələrindən biri də sexin yerləşdiyi sahənin xeyli azaldılmasıdır ki, bu da texnoloji avadanlığa texniki xidmət səviyyəsinin yüksəldilməsinə, operativliyin artırılmasına, eyni zamanda boşalmış ərazinin yeni istehsalat sahələri üçün daha səmərəli istifadə edilməsinə imkan verəcək.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM