03 Fevral 2012 02:02
353
İQTİSADİYYAT
A- A+

«Azərikimya» İstehsalat Birliyinin müəssisəsində «Topas-100» sutəmizləyici qurğusunun istehsalına başlanılmışdır

 

Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azərikimya" İstehsalat Birliyinin mexaniki təmir zavodunun (MTZ) kollektivi Çexiyanın "TOPALvater" firmasının layihəsi üzrə yerinə yetirilmiş "Topas-100" sutəmizləyici qurğusunun ilk dəstini hazırlamışdır. Birinci sifarişçi ARDNŞ-in Sosial İnkişaf İdarəsi olmuşdur. Yeri gəlmişkən, sifarişlərə əsasən, həcmi xeyli böyük olan "Topas" modifikasiyalı daha iki sutəmizləyici qurğunun istehsalı nəzərdə tutulmuşdur.

Respublikada ətraf mühitin mühafizəsinə dair irimiqyaslı işlərin aparılması, Xəzər akvatoriyasının sağlamlaşdırılması, habelə dövlətimizin başçısı İlham Əliyevin 2010-cu ili  "Ekologiya ili" elan etməsi təmizləyici qurğulara və tikililərə tələbatı artırmışdır. Məsələnin aktuallığı nəzərə alınaraq, "Topas" seriyasından qurğuların yığılması üçün MTZ üçün təmir olunmuş və havalandırma  sistemləri ilə təchiz edilmiş xüsusi sahə ayrılmışdır. 2010-cu ilin axırında MTZ-da keyfiyyətli işi ilə seçilən "Topas-75" qurğularının istehsalı mənimsənilmişdir. Ötən il dəniz neftçilərinə bir neçə qurğu göndərilmişdir.

Razılaşmaya görə, bu il MTZ "Azneft"  İstehsalat Birliyi müəssisələri üçün 22 sutəmizləyici qurğu hazırlayacaqdır. Həmin qurğulardan həm dənizdə neftçıxarma platformalarında, həm də  yaşayış massivlərində istifadə olunacaqdır. Kimyaçılar əmindirlər ki, həmin qurğuların tətbiqi ətraf mühitin və Xəzər sularının vəziyyətinə müsbət təsir göstərəcəkdir.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video