17 Oktyabr 2018 00:41
1977
ELANLAR
A- A+

“AzerGold” QSC AXC-nin 100 illiyi münasibətilə elan olunan təqaüd proqramının qaliblərini müəyyən edib


"AzerGold” QSC Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə elan olunan təqaüd proqramının qaliblərini müəyyən edib.

Tarixçi alimlər Firdovsiyyə Əhmədova və Anar Vəliyev, həmçinin "AzerGold” QSC nəzdində fəaliyyət göstərən Korporativ Sosial Məsuliyyət Komitəsinin sədri Sadiqə Mehdiyevadan ibarət münsiflər heyəti müsabiqə iştirakçılarını AXC tarixi üzrə az araşdırılmış mövzu, akademik tələblərə uyğun tərtib edilmiş iş planı və ədəbiyyat siyahısı kimi meyarlar əsasında qiymətləndirib.

Qiymətləndirmə nəticəsində irəli sürülən müraciətlər içərisində AXC-də pul və qiymətli kağızlar siyasəti, AXC dövründə sənaye, aqrar məsələlərə dair bolşevik mətbuatında əks təbliğat və Azərbaycan parlamentarizminin xüsusiyyətləri kimi mövzular səs çoxluğu ilə qalib seçilmişlər.

"AzerGold” QSC-nin rəhbər şəxsləri ilə qaliblər arasında cəmiyyətin inzibati binasında görüş keçirilib. Görüş çərçivəsində "AzerGold” QSC-nin İdarə Heyətinin üzvü, sədrin müavini Oqtay Məmmədov təqaüd proqramının AXC-nin tarixinin daha da dərindən araşdırılmasına və tarixi tədqiqatların təşviqinə önəmli töhfə verəcəyini bildirib. Qaliblər müsabiqənin keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirərək, "AzerGold” QSC-yə tarixi araşdırmaların aparılması üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər. Daha sonra təqaüd proqramının qalibləri ilə müvafiq müqavilələr imzalanıb. Müqavilənin şərtlərinə əsasən, tədqiqatçılar araşdırmalarını müəyyən edilmiş müddət ərzində tamamlayaraq "AzerGold” QSC-yə təqdim edəcəklər. Bu tədqiqatların müxtəlif mətbuat orqanlarında dərc edilməsinə dəstəyin göstərilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, bu ilin may ayında Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə elan olunan təqaüd proqramı respublikaçılıq ənənələrinin araşdırılmasına və təbliğinə dəstəklə yanaşı, milli tarix üzrə ixtisaslaşmış gənc tədqiqatçıların formalaşmasına və peşəkar inkişafına töhfə vermək məqsədlərini daşıyır.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video