04 Dekabr 2018 00:17
2212
ELANLAR
A- A+

“AzerGold” QSC AMEA ilə əməkdaşlığı genişləndirir


3 dekabr tarixdə "AzerGold” QSC-nin inzibati binasında Cəmiyyət nümayəndələri, bir qrup geoloq, Azərbaycan Milli Elmlər Akademiyasının alimləri, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin geoloqları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri arasında görüş keçirilib.

Görüşdə çıxış edən "AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov ölkəmizin ümumi inkişafından geniş söhbət açaraq, yeni istehsalat sahələrinin yaradılması və dağ-mədən sənayesinin ümumi iqtisadi inkişafdakı əhəmiyyəti haqqında ətraflı məlumat verib. Z. İbrahimov dağ-mədən sahəsinin inkişafında elmin rolundan danışaraq, istehsalatda əldə edilən uğurlarda AMEA tərəfindən göstərilən dəstəyi də xüsusilə vurğulayıb.

Tədbir çərçivəsində geologiya və geofizika institutunun akademiki Arif İsmayıl-Zadə "Kiçik Qafqazın qızıl yataqlarının klassifikasiyası” mövzusunda təqdimatla çıxış edib, ölkənin qızıl yataqları və perspektivləri ilə bağlı görüş iştirakçılarına ətraflı məlumatlar verib. Görüş Cəmiyyət nümayəndələri və alimlər arasında müxtəlif əməkdaşlıq istiqamətləri, o cümlədən innovativ texnologiyalar və yeni yanaşmalar ətrafında geniş müzakirələrlə davam edib.

Qeyd edək ki, 2016-cı ilin noyabr ayında "AzerGold” QSC ilə AMEA arasında imzalanan əməkdaşlıq memorandumu Azərbaycan ərazisində mövcud filiz yataqlarının geoloji-geofiziki araşdırılması və digər geoloji məsələlərin tədqiqi, həmçinin bu sahələrdə innovativ layihə və inkişaf proqramlarının həyata keçirilməsi üzrə əməkdaşlığı əhatə edir.

Memorandum çərçivəsində cari il imzalanan müqavilə əsasında Geologiya və Geofizika İnstitutunun alim-mütəxəssisləri Cəmiyyət tərəfindən konsultant-ekspert statusunda işə cəlb olunub. Alimlər Daşkəsən rayonu ərazisində yerləşən Çovdar filiz emalı sahəsində sulfid filizlərinin kəşfiyyatı və texniki-iqtisadi əsaslandırma layihəsinin hazırlanması, Filizçay polimetal yatağı üzrə ilkin qiymətləndirmə sənədinin tərtib edilməsi, Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Ortakənd sahəsində aparılan kəşfiyyat işlərinə öz töhfələrini veriblər.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video