12 Yanvar 2021 17:25
858
Təhsil
A- A+

“AzerGold” ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb  

 

Yanvarın 12-də “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə Azərbaycan Texniki Universiteti (AzTU) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

QSC-dən AZƏRTAC-a bildirilib ki, videoformatda təşkil olunan tədbirdə hər iki tərəfin məsul şəxsləri ilə yanaşı, Türkiyənin İstanbul Texniki Universitetinin prorektoru Hüseyin Kızıl və digər nümayəndələri iştirak ediblər.

Memorandum sənədini “AzerGold” QSC-nin idarə heyəti sədrinin müavini Xəyyam Fərzəliyev və AzTU-nun rektoru Vilayət Vəliyev imzalayıblar. Memoranduma əsasən, qarşılıqlı razılıq əsasında ölkə ərazisində əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, bu sahədə yeni texnologiyaların tətbiqi və ixtisaslı kadr hazırlığı konsepsiyalarının birgə layihələndirilməsi və icrası nəzərdə tutulur. Bundan başqa, sənəddə universitetin müxtəlif fakültələrinin bakalavriat və magistratura pillələrində təhsil alan tələbələrinin şirkətin istehsalat təcrübəsinə cəlb olunması öz əksini tapıb. İstehsalat təcrübəsində seçilmiş tələbələrin elmi-tədqiqat və layihələndirmə işlərinə cəlb edilməsi, diplom, elmi işlər və digər tədqiqat layihələri üçün tələb olunan mövzuların birgə tərtibi, həmçinin fərqlənmiş tələbələrə QSC-nin təqaüd və mükafatlarının verilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, “AzerGold” QSC davamlı və dayanıqlı inkişafı təmin etmək üçün kadr potensialının möhkəmləndirilməsi istiqamətində Azərbaycanda fəaliyyət göstərən bir sıra ali təhsil ocaqları və elmi təşkilatlarla sıx əməkdaşlıq edir. Bugünə qədər 7 ali təhsil ocağı ilə əməkdaşlıq memorandumu imzalanıb, eləcə də ali məktəblərlə əldə olunmuş müvafiq razılaşmalara uyğun olaraq peşə-ixtisas təhsili alan 133 tələbənin “Çovdar” Filiz Emalı Sahəsində təcrübə proqramında iştirakı təşkil edilib. Müvafiq sahələr üzrə istehsalat təcrübəsini uğurla tamamlamış tələbə və məzunlara “AzerGold” QSC tərəfindən sertifikatlar təqdim olunub, fərqlənmiş 11 nəfər məzun daimi işlə təmin edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video