22:48 11 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Azərenerji”yeni bir layihə reallaşdırır

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:20 16.04.2021

 

“Azərenerji” respublikanın şimal-şərq rayonlarının, eləcə də Abşeron yarımadasının enerji təchizatında mühüm əhəmiyyət kəsb edən, Rusiya və Azərbaycan enerjisistemləri arasında yük mübadiləsini həyata keçirən, strateji əhəmiyyətli 330, 220, 110 kilovoltluq “Yaşma” yarımstansiyasını əsaslı şəkildə yenidən qurur.

Enerjisistem üçün mühüm düyün nöqtəsi olan “Yaşma” yarımstansiyası 50 il əvvəl tikildiyindən istismar müddətini başa vurmuşdu. Bu səbəbdən də tez-tez qısaqapanmalara, enerjisistemdə qəza vəziyyətinin yaranmasına səbəb olurdu. Bunun üçün müasir tələblərə cavab verən yeni avadanlıqlar quraşdırılır, avtotransformatorlar daha güclüləri ilə əvəz edilir, açıq paylayıcı qurğular genişləndirilir. Yarımstansiyada müasir avadanlıqlarla təchiz ediləcək yeni inzibati idarəetmə binası tikilir, məsafədən idarəolunan müasir SCADA dispetçer sistemi yaradılır. Onu da qeyd edək ki, “Yaşma” yarımstansiyasına yeni tikilən “Qobu” yarımstansiyasından 42 km məsafədə 330 kilovoltluq yüksəkgərginlikli elektrik xətti çəkilir. Ən əsası isə “Yaşma” yarımstansiyasında reaktiv gücün kompensasiyası istiqamətində əhəmiyyətli layihə gerçəkləşdirilir. Belə ki, Azərbaycanın enerji sisteminin 2 əsas düyün nöqtəsində şuntlayıcı reaktorlar quraşdırılıb ki, onlardan biri məhz respublikanın şimal-şərq rayonlarını, eləcə də Abşeron yarımadasını əhatə edən 330 kilovoltluq “Yaşma” yarımstansiyasında olacaq. Digər reaktor isə  Qarabağ və ətraf rayonları əhatə edən 330 kilovoltluq “Goranboy” paylayıcı məntəqəsində quraşdırılır.

Azərbaycanın enerji sisteminin 2 əsas düyün nöqtəsində qoyulan şuntlayıcı reaktorlar yüksəkgərginlikli 330 kilovoltluq elektrik verilişi xətlərinin tutum reaktiv gücünü qəbul edərək tənzimləyəcək. Xətlərin ötürmə qabiliyyətini artırmaqla bərabər texniki itkilərin azaldılmasına və bununla yükün keyfiyyətini yüksəltməyə, böyük miqdarda elektrik enerjisinə və maliyyə vəsaitinə qənaət etməyə nail olunacaq.

 

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM