26 Iyun 2021 00:55
1358
ELANLAR
A- A+

“Azercell”in #QadınDediyin layihəsinin növbəti beynəlxalq uğuru

 

“Azercell”in təşəbbüsü ilə hazırlanan və sosial mediada milyonlarla baxış toplayan #QadınDediyin layihəsi növbəti beynəlxalq mükafata layiq görülüb.

İndiyədək bir neçə nüfuzlu beynəlxalq festivallarda qalib olan layihə bu dəfə  Şərqi Avropanın ən böyük yaradıcı festivallarından biri olan “White Square”də “For Bravery” özəl mükafatını alıb.

“For Bravery” mükafatı hər il cəmiyyətin önəmli problemlərini işıqlandıran ən cəsarətli layihələrə təqdim olunur. Bu il Minskdə keçirilən “White Square” festivalında  dünyanın 30-dan çox ölkəsindən 1000-dən çox nümayəndə iştirak edib. Onlar arasında #QadınDediyin çarxının xüsusi qiymətləndirilməsi bu layihənin dünya miqyasında əhəmiyyətli mövzuya toxunduğunu təsdiqləyir.

Qadın hüquqlarının müdafiəsi kimi həssas bir mövzuya həsr olunan bu layihədə cəmiyyətimizdə zərif cins nümayəndələri ilə bağlı stereotiplər və bu yanaşmanın dəyişdirilməsi zərurətindən bəhs edir. Milli Olimpiya Komitəsi və “Azercell” arasındakı əməkdaşlıq nəticəsində yaranan layihədə öz həyat hekayələri ilə bu stereotipləri qıran uğurlu azərbaycanlı qadın idmançıları iştirak ediblər. Onlar öz  hədəflərinə doğru əzmkarlıqla addımlamaqla, inkişafa, təhsilə, uğura gedən yolda sərhədlərin olmadığını sübut ediblər.

Ötən il yayımlanan bu layihə sosial şəbəkələrdə geniş əks-səda yaradıb. Nüfuzlu influenserlər və bloqqerlər tərəfindən dəstəklənən layihə sosial şəbəkələrdə 85%-i müsbət geri dönüş olmaqla, ümumilikdə 3.8 milyon insana çatdırılıb. Beləliklə, Azərbaycan reklam tarixinin ən cəsarətli kampaniyalarından birinə çevrilən #QadınDediyin layihəsi həm yerli, həm beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə bacarıb. 

Qeyd edək ki, “Azercell” şirkətinin KSM sahəsində həyata keçirdiyi təşəbbüslər indiyədək dəfələrlə yerli və beynəlxalq müsabiqələrdə ali mükafatlara layiq görülüb. #QadınDediyin layihəsi bundan əvvəl Orta Asiyada marketinq, reklam və kommunikasiya sahəsinin ən nüfuzlu müsabiqələrindən sayılan “Red Jolbors” festivalında iki yüksək mükafat alıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video