06:59 17 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:24 17.10.2021

17-18 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Azercell Telekom” MMC-nin korporativ abunəçilərinin nəzərinə

ANA SƏHİFƏ / ELANLAR
01:06 29.09.2021

 

29 sentyabr 2021-ci il tarixdən etibarən “Azercell Telekom” MMC-nin fakturalı xətt sistemində korporativ abunəçilərə təqdim edilən “Gigamax”, “Gigamax Plus” və “Gigamax Pro” internet paketlərində daha əlverişli istifadə şərtləri təqdim ediləcək. Belə ki, internet xidmətindən müvafiq paket çərçivəsində təqdim edilmiş həcm hesabına digər cihazlar ilə bölüşməklə istifadə (AP - Access Point, Mobil giriş nöqtəsi və s.), əsas təyinatı digər cihazlar ilə bölüşmək olan cihazlarda istifadə, o cümlədən smartfon və planşetlərdən fərqli cihazlarda istifadə hallarının məhdudlaşdırılması və abunəçinin məhdudiyyətin səbəbi qeyd edilmiş xüsusi internet səhifəsinə yönləndirilməsi qaydası tətbiq ediləcək. Bu da abunəçilər üçün həm müvafiq paketlərdən istifadəni asanlaşdıracaq, həm də onlara şərtlərə riayət olunmasını daha rahat nəzarətdə saxlamaq imkanı verəcək. Bir daha xatırladırıq ki, müvafiq paketlər çərçivəsində təqdim olunan imkanlar yalnız fərdi istifadə üçün nəzərdə tutulur.  Müvafiq paketlər çərçivəsində təqdim edilmiş internet həcminin digər cihazlar arasında bölüşməklə istifadəsi (AP - Access Point, Mobil giriş nöqtəsi və s.) qadağandır, bu formada istifadə müşahidə edildikdə yuxarıda göstərilən məhdudiyyət tətbiq ediləcək və bu dəyişiklikdən əvvəl nəzərdə tutulan şərt (mövcud olmuş paketə abunənin avtomatik olaraq ləğv edilməsi) isə tətbiq edilməyəcək. Abunəçi göstərilən səbəbdən məhdudiyyət tətbiq edilmiş cihazı dəyişməklə müvafiq paketlərdən istifadəni davam etdirə və ya həmin paketlərdən imtina edə bilər.

Qeyd: Abunəçilər edilən dəyişikliklər, “Gigamax”, “Gigamax Plus” və “Gigamax Pro” internet paketlərinin sifarişi, başqası ilə əvəz etmək və imtina qaydası barədə, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim olunan xidmətlər, tariflər və keçirilən kampaniyalar haqqında ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX və ya Eksklüziv ofisləri, 24/7 fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM