15:44 16 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Azercell” rekord ballı abituriyentlərimizi təbrik etdi

ANA SƏHİFƏ / ELANLAR
00:15 16.09.2021

 

Şirkət 27 abituriyent və Vətən müharibəsində şəhid olmuş hərbçilərimizin 16  nəfər tələbə adını qazanmış övladına dəyərli hədiyyələr verib

 

15 sentyabr  Bilik Günü ərəfəsində ölkənin lider mobil operatoru “Azercell Telekom” bu dəfə yenicə tələbə adını qazanmış gənclərimizə yönəlik daha bir sosial təşəbbüslə çıxış edir. 

Belə ki, 2021-ci il Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş qəbul imtahanları zamanı ən yüksək bal toplayan 27 abituriyent və Vətən müharibəsində şəhid olmuş hərbçilərimizin 16 nəfər ali məktəblərə yollanan övladına onların tədris həyatında əsl yardımçıya çevriləcək hədiyyələr təqdim etdi.

Dövlət İmtahan Mərkəzi və “Zəfər” İctimai Birliyinin test imtahanlarının nəticələri üzrə təqdim edilmiş siyahıları əsasında seçilən 43 nəfər abituriyent “Azercell”dən 12 ay müddətində aktiv olacaq GencOl 6 tarifinə qoşulmaq imkanı qazandı. Xatırladaq ki, GəncOl 6 tarifi çərçivəsində tələbə-abunəçi aylıq 3GB mobil internet, 300 tarifdaxili dəqiqə, “Azercell”in tətbiqlərindən istifadə etmək üçün 3GB və WhatsApp proqramında pulsuz yazışma imkanı qazanır. Bundan əlavə, respublika üzrə ən yüksək bal yığmış yeddi abituriyent və dörd şəhid övladı şirkətdən hədiyyə olaraq 64GB Samsung Galaxy planşetini də hədiyyə aldı. Müxtəlif informasiya resurslarına rahat və operativ çıxış imkanının vacib olduğu bir dövrdə həmin hədiyyələr tələbələrin əlavə bilgilərlə bağlı ehtiyaclarını qarşılamaqda yardımçı olacaq.

Qeyd edək ki, “Azercell Telekom” hər il məktəbli və tələbələr üçün zəngin məlumat mənbəyi olan müxtəlif rəqəmsal xidmətlərdən yararlanmaq məqsədilə yeni imkanlar təşkil edir, istedadlı tələbələrə təqaüd və təcrübə proqramları həyata keçirir.

44 günlük Vətən müharibəsi zamanı canlarından keçən igid şəhidlərimizin ailə üzvləri üçün şirkət tərəfindən müxtəlif sosial təşəbbüslər, peşəkar inkişaf və dil bilgilərinin artırılmasına yönəlik onlayn təlimlər keçirilməsinə dəstək verilir. Yüksək əzmkarlıqla qəbul imtahanlarına hazırlaşaraq ali məktəblərə qəbul olan istedadlı gənclərimizlə qürur duyuruq!



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM