25 Avqust 2021 00:23
1505
ELANLAR
A- A+

“Azercell” paralimpiyaçı idmançılarımıza da dəstək olur

 

“Tokio - 2020” XVI Yay Paralimpiya Oyunlarında mobil operator Azərbaycan milli komandasının məğrur tərəfdaşıdır

 

Avqustun 24-də Tokioda XVI Yay Paralimpiya Oyunlarına start verildi. “Azercell Telekom” MMC Milli Paralimpiya komandasının məğrur tərəfdaşı olmaqla növbəti dəfə ölkəmizdə paralimpiya hərəkatına sədaqətini nümayiş etdirir.

Təqdirəlayiq haldır ki, bu oyunlarda milli paralimpiya komandası rekord sayda lisenziya ilə Azərbaycanı təmsil edir. Tokioda yarışacaq Azərbaycan Milli Paralimpiya Komandasına 23 kişi və 12 qadın olmaqla 35 idmançı daxildir. İdmançılarımız altı idman növü: cüdo, atletika, taekvondo, pauerliftinq, üzgüçülük və güllə atıcılığı üzrə 47 kateqoriyada medallar uğrunda mübarizə aparacaqlar. Bu il açılış mərasimində Paralimpiya çempionu Oloxan Musayev komandamızın bayraqdarıdır.

“Azercell” “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında məğrur tərəfdaş olmaqla, oyunların ruhunu paylaşmağa və paralimpiya hərəkatının təşviqinə kömək edir. Böyük sosial əhəmiyyəti olan və mənəvi dəyərləri əks etdirən Paralimpiya oyunları dünya idman hərəkatında ən önəmli hadisələrdən birinə çevrilməkdədir. Paralimpiya oyunlarında iştirakçıların sayı və ölkələrin coğrafiyası ildən-ilə artır.

Azərbaycanda da paralimpiya hərəkatına xüsusi diqqət yetirilir. “Azercell” şirkəti 2014-cü ildən etibarən Azərbaycan Uşaq Paralimpiya Komitəsini dəstəkləyir. Bu dəstək sayəsində hazırda sağlamlıq imkanları məhdud olan 200-ə yaxın uşaq və yeniyetmə 10 idman növü üzrə məşğul olur, kütləvi idman tədbirləri, yerli və beynəlxalq əhəmiyyətli yarışlarda iştirak edirlər. Bu uşaqların cəmiyyətə inteqrasiya olunmasına dəstək vermək və onların idmana həvəsini artırmaq məqsədilə “Azercell Telekom” MMC-nin iştirakı ilə hər il ölkəmizdə Uşaq Paralimpiya oyunları təşkil edilir.

Qeyd edək ki, sentyabrın 5-dək davam edəcək XVI Yay Paralimpiya Oyunlarında dünyanın 160 ölkəsindən 4400 idmançı iştirak edir. Onlar 22 idman növü üzrə 539 dəst medal uğrunda yarışacaqlar. Azərbaycanlı idmançılar indiyədək Paralimpiya Oyunlarında 9 qızıl, 18 gümüş, 11 bürünc olmaqla ümumilikdə 38 medal əldə ediblər.

Olimpiya dəyərlərinə dəstək olan “Azercell” şirkəti idmançılarımız üçün sayca 7-ci olan bu oyunlarda komandamıza əzmlə çıxış etməyi, möhtəşəm qələbə ilə Vətənə dönməyi arzulayır.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video