17:54 27 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:31 27.11.2021

Arzusu general olmaq idi


01:30 27.11.2021

Babək hünərli igid


01:30 27.11.2021

Dünyanın yeni problemi


Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycanlının nağıl kitabı ABŞ-da bestsellerə çevrilib
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
16:10 22.10.2021

 

ABŞ-ın https://coralspringstalk.com xəbər portalında İrandan bu ölkəyə mühacirət etmiş Azərbaycan türkü Dərya Hodainə həsr olunmuş “Koral-Sprinqsdəki uşaq kitabları müəllifi Hellouin haqqında bestseller nağılı dərc edib” sərlövhəli məqalə yerləşdirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, məqalədə Dərya Hodainin multikultural dəyərlərdən bəhs edən “Jirtdan”s Halloween” (Cırtdanın Helloini) kitabı sentyabr ayında “Amazon” onlayn satış platformasında birinci yeri tutduğu qeyd edilib. Əsərdə balaca oğlanın və yoldaşlarının “Disneylənd”dəki sərgüzəştləri qələmə alınıb.

Azərbaycan türkü olaraq İranda doğma dildə təhsil ala bilmədiyinə diqqəti cəlb edən Dərya xanım bildirib ki, 6 il öncə Birləşmiş Ştatlara köçdükdən sonra Azərbaycan mədəni irsinə bu ölkədə marağı hiss edib. Dərya Hodainin növbəti kitabı “Heyvanlar haqqında maraqlı faktlar” adlanır. Oxucular tezliklə bu kitabı “Amazon” onlayn platforması vasitəsilə əldə edə biləcəklər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM