22:27 19 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycanlı tələbələrə İsveçdə təqaüdlə təhsil almaq imkanı verilir
 
ANA SƏHİFƏ / TƏHSIL
11:20 29.04.2021

 Azərbaycanlı tələbələrə İsveçdə təqaüdlə təhsil almaq imkanı verilir.

AZƏRTAC-ın müxbiri xəbər verir ki, İsveç İnstitutu 371 xarici tələbəyə ölkədə təhsil almaq üçün təqaüd verildiyini elan edib.

İsveçin dünyaya tanıdılması məqsədilə fəaliyyət göstərən təşkilat yalnız İsveç universitetlərində oxumaq üçün Avropa ölkələrindən olmayan tələbələrə təqaüd verir. İsveç İnstitutu təqaüdləri həm akademik nailiyyətlərinə, həm liderlik keyfiyyətlərinə, həm də davamlı qlobal inkişafa töhfəsinə görə tələbələrə verir.

Ümumilikdə, 2021-2022-ci tədris ili üçün İsveç İnstitutu təqaüd almaq üçün 9298-dən çox müraciət qəbul edib. Maraqlısı odur ki, azərbaycanlılar Rusiya və Nigeriya vətəndaşları ilə birlikdə ən çox təqaüd alan tələbələr siyahısına daxil olur. Ümumilikdə, təqaüdçülər İsveçdəki 28 ali təhsil müəssisəsində təhsil alır və ən çox tələb olunan təhsil sahələri sosial elmlər və texnologiyalara aiddir.

Ümumilikdə, gələn tədris ili üçün proqramın icrasına 167,9 milyon İsveç kronu (təqribən 20,08 milyon ABŞ dolları) ayrılması planlaşdırılır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM