26 Iyul 2021 22:09
677
Mədəniyyət
A- A+

Azərbaycanlı rəssamın əsərləri “ArtCamp Andorra” layihəsi çərçivəsində UNESCO-da nümayiş olunub

 

UNESCO-da Andorra Knyazlığının sülh uğrunda mədəniyyət tədbiri layihəsi çərçivəsində “Planet üçün rənglər” adlı 7-ci ArtCamp Andorra sərgisi keçirilib. ArtCamp incəsənət günlərində dünyanın müxtəlif ölkələrindən olan rəssamların əsərləri sərgilənib.

AZƏRTAC xəbər verir ki, azərbaycanlı rəssam Əsmər Nərimanbəyovanın əsərləri də 7-ci ArtCamp incəsənət sərgisində nümayiş olunub. Əsmər Nərimanbəyova Azərbaycanın Xalq rəssamı Toğrul Nərimanbəyov və istedadlı heykəltəraş, Əməkdar rəssam Elmira Hüseynovanın qızıdır. Onun işləri Fransa, Rusiya, Türkiyə, ABŞ və başqa ölkələrdə, eləcə də UNESCO-da dəfələrlə sərgilənib.

UNESCO-nun ən böyük çağırışlarından biri BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinin vektoru və əsas elementi kimi mədəniyyətin rolunu gücləndirməkdir. UNESCO 2020-ci ildə qlobal böhranın yaratdığı böyük problemlər qarşısında sənətkarların dayanıqlığını gücləndirməyi hədəfləyən qlobal ResiliArt hərəkatını başladı. Andorra dünyanın bütün bölgələrində müxtəlif səy və fəaliyyətləri səfərbər etmək, dialoq və qarşılıqlı anlaşmanı təşviq etmək məqsədilə bu hərəkatda iştirak etdi. ArtCamp Andorra layihəsi vasitəsilə Andorra Knyazlığı incəsənət nümayəndələri arasında sülh üçün dialoqun təşviqinə dəstəyini göstərir.

ArtCamp Andorra 2021-ci il layihəsi UNSECO-nun Beynəlxalq Mədəniyyətlərin Yaxınlaşdırılması Onilliyi (2013-2022) çərçivəsində keçirilib. Sərgidə iştirak edən rəssamların nümayiş olunan əsərləri 2015-2030-cu illər BMT-nin təşviq etdiyi 17 Dayanıqlı İnkişaf Məqsədləri ilə əlaqələndirilib.

2021-ci il ArtCamp Andorra UNESCO-nun strateji mövzusu olan sülh və davamlı inkişaf mədəniyyətinin təbliğini diqqət mərkəzində saxlayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video