25 Sentyabr 2012 01:09
401
Elm və texnika
A- A+

Azərbaycanlı alimlər Ankarada keçirilən VII Beynəlxalq türk dili qurultayında iştirak edirlər

 

Ankarada Türk Dil Kurumunun təşkilatçılığı ilə Azərbaycan, Rusiya, Ukrayna, Çin, Pakistan, Orta Asiya və Balkanlardan elm adamlarının iştirakı ilə VII Beynəlxalq türk dili qurultayı keçirilir. Qurultayda azərbaycanlı alimlər də iştirak edirlər.

Dörd gün davan edəcək qurultayın açılış mərasimində çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək, Türkiyə Baş nazirinin müavini Bülənd Arınç türk dilinin bir milli sərvət olduğunu, Anadoluda 75 milyon, Qafqaz, Balkanlar və Orta Asiyada milyonlarla insanın danışdığı türkcənin dialektləri arasında əlaqələrin gücləndirilməsinin zəruriliyini vurğulamışlar. Müasir həyatımızda hegemon olan texnologiyaların inkişafı ilə yanaşı, qədim dilimizi də qorumaq üçün dilçi alimlərin, ziyalıların, mətbuatın üzərinə böyük vəzifələr düşür. Dünyada yaşayan 6912 dilin bəziləri məhv olmaq təhlükəsi ilə üz-üzə olduğu halda, türk dili daha geniş yayılmaqdadır.

Türk Dil Kurumunun sədri, professor Mustafa Kaçalinin sədrliyi ilə qurultay müxtəlif bölmələrdə dilçi alimlərin məruzələrinin təqdimatı ilə öz işini davam etdirmişdir.

Azərbaycanlı alimlər - professorlar Əbülvəz Amanoğlu "Katun - Qədim türk dilində bir yer adı", Adil Bağırov "Dədə Qorqud" dastanında Naxçıvanla bağlı yer adları", Möhsün Nağıoğlu "Orta əsrlər Azərbaycan tərcümə mətnlərinin dili", Fəxrəddin Veysəlli "Azərbaycan türkcəsində kəlmələrin prozodik modelinin iki zirvəliliyi", dosentlər Vasif Adilov "Tarixi türk adlarında rəng işarələrinin yeri", Mətanət Abdullayeva "Fəlsəfi şeir sənətinin simvolik dili haqqında", Qızılgül Abdullayeva "XVII əsrdə Azərbaycan türkcəsində çağatay elementləri", Gülzadə Abdulova "Atalar sözləri arxaik sözlərin dil yaddaşıdır", Baba Məhərrəmli "Türk dilində ölü söz kökləri" məruzələrini təqdim edəcəklər.

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

 

Ankara

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video