Azərbaycanlı alimin elmi kitabı Gürcüstanda rus və gürcü dillərində işıq üzü görüb
Gürcüstanın “Universal” nəşriyyatında gənc alim, Azərbaycan Respublikası Elmi-Tədqiqat Mamalıq Ginekologiya İnstitutunun (ETMGİ) “Ginekologiya” şöbəsinin müdiri, tibb elmləri üzrə fəlsəfə doktoru, dosent Fatma Hacıyevanın “Vərdişi düşüklərdə infeksion markerlərin diaqnostik əhəmiyyəti” adlı beynəlxalq indeksli kitabı rus və gürcü dillərində işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, elmi kitabın titul səhifəsində “Əsərin 44 günlük Vətən müharibəsində qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsinə ithaf olunur” sözləri yazılıb.
Kitabın üz qabığında isə Xarıbülbülün təsviri verilib.
Monoqrafiyanı qələmə alarkən Fatma xanım şəxsi praktiki fəaliyyətini nəzəri biliklərlə birləşdirmək qərarına gəlmişdir. Gənc alimin elmi araşdırmaları və tədqiqatları nəticəsində dərc olunan kitab qadınlarda aktual problemlərdən olan - təkrarlanan hamiləlik itkilərinə, bu problemin həllində yeni diaqnostik meyarların aşkarlanmasına, müasir müayinə metodlarının yeni alqoritmlərinə həsr olunub.
Monoqrafiyanın baş məsləhətçisi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu PHŞ-nin baş direktoru, Hamiləlik, doğuş, zahılıq dövrlərində ana və uşaq ölümü və ağırlaşmış doğuş hallarının təhlili üzrə Komissiyanın sədri, “Ginekologiya və Perinatologiyanın İnkişafına Dəstək” Assosiasiyasının prezidenti, tibb elmləri doktoru, professor Cəmilə Qurbanovadır.
Elmi əsərin məsləhətçisi isə Azərbaycan Tibb Universitetinin Ginekologiya şöbəsinin müdiri, Mamalıq və Ginekologiya kafedrasının professoru Səadət Sultanovadır.
Qeyd edək ki, kitabın gürcü dilinə tərcümə olunmuş nüsxələri Gürcüstanın əlaqədar səhiyyə təşkilatlarına təqdim olunub.
Elmi əsər qonşu ölkənin mütəxəssisləri tərəfindən maraqla qarşılanıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb
25 Aprel
İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq
25 Aprel
Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar
25 Aprel
Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməs...
25 Aprel
Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur
25 Aprel
Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlə...
25 Aprel
Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir
25 Aprel
Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib
25 Aprel
Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır ...
25 Aprel
Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!