24 Noyabr 2012 12:11
467
PARLAMENT
A- A+

Azərbaycanla Türkiyə arasında daha bir mühüm Saziş ratifikasiya olunacaq

 

Dünən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirildi.

Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov bildirdi ki, iclasın gündəliyinə Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında axtarış və xilasetmə xidmətlərinin əlaqələndirilməsi haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsi daxildir. Ziyafət Əsgərov diqqətə çatdırdı ki, Saziş 11 maddədən ibarətdir. Sənəddə axtarış və xilasetmə regionu, tərəflərin öhdəlikləri, birgə axtarış və xilasetmə zamanı əldə edilməli olan prosedurlar və digər məsələlər öz əksini tapıb. Saziş 5 il müddətinə bağlanır və tərəflərdən biri müddətin qurtarmasına 6 ay qalmış  etirazını bildirmirsə, sənəd yenidən təzələnir.

Komitə sədrinin sözlərinə görə, bu, hər iki ölkə üçün çox müsbət bir sənəddir: "Bu Sazişin Milli Məclisdə təsdiq olunması ilə biz bir daha Azərbaycan və Türkiyə arasındakı münasibətlərin hüquqi müstəvidə möhkəmləndirilməsinin şahidi olacağıq".

Çıxış edən komitə sədrinin müavini Aydın Mirzəzadə bildirdi ki, bu Saziş Azərbaycanla Türkiyə münasibətlərinin daha da dərinləşəcəyini, yeni səviyyəyə qalxacağını təsdiqləyir: "Bu Saziş göstərir ki, əslində, Azərbaycanla Türkiyə arasında olan mövcud münasibətlər bir Saziş formasına daxil edilir".

Deputat onu da qeyd etdi ki, Saziş təkcə fövqəladə halları deyil, bütün sahələri əhatə edir. Yəni, burada təkcə zəlzələ yox, digər təbii hadisələrin qarşısının alınması istiqamətində də görülən işlər nəzərdə tutulub.

Sənədə müsbət münasibət bildirən komitə üzvü, deputat Bəxtiyar Sadıqov dedi ki, Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibəti yüksələn xətlə inkişaf etməkdədir. Hər iki ölkə çətin durumlarda heç bir çağırış gözləmədən bir-birinin yanında olur, öz dəstəyini əsirgəmir. Deputatın fikrincə, bu Sazişdə daha vacib məqamlar öz əksini tapıb və onun Milli Məclisdə təsdiq edilməsi müsbət qiymətləndirilməlidir. Komitənin digər üzvü, deputat Elman Məmmədov da bildirdi ki, Azərbaycanın qardaş Türkiyə ilə bütün sahalər üzrə imzaladığı sənədlər vacibdir. Onun sözlərinə görə, hər iki dövlət arasında imzalanan sazişlər o səviyyəyə çatmalıdır ki, istənilən təhlükəli anda tərəflərin bir-birinə yardım etməsi üçün əldə hüquqi əsas olsun. 

Deputatların fikirləri dinlənildikdən sonra Saziş Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə edildi.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video