06 May 2019 15:01
2293
Qəbullar
A- A+

Azərbaycanla Rusiya arasında əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin iqtisadi inkişafına töhfə verir


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da "Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru və idarə heyətinin sədri Oleq Belozyorovu qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan tərəfinin Rusiya Dəmir Yolları ilə əməkdaşlıqdan məmnunluğunu bildirərək, Oleq Belozyorovun ölkəmizə səfərinin əlaqələrin perspektivləri ilə bağlı səmərəli müzakirələrin aparılması üçün yaxşı imkan yaratdığını dedi. Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, Azərbaycanla Rusiyanın dəmir yolu sahəsindəki imkanları gələcəkdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı şərait yaradacaq. Rusiyadan Azərbaycan vasitəsilə tranzit yüklərin artdığını qeyd edən dövlətimizin başçısı bu sahədə yeni addımların atılacağına əminliyini ifadə etdi.

Azərbaycan Dəmir Yolları ilə uğurlu əməkdaşlığın həyata keçirildiyini deyən "Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru və idarə heyətinin sədri Oleq Belozyorov bu ilin birinci rübündə daşımaların həcminin 25 faiz artmasını bunun çox yaxşı göstəricisi kimi dəyərləndirdi. Dəmir yolu sahəsində əlaqələrin inkişafına iki dövlət başçısının daim dəstək verməsinin böyük önəm daşıdığını qeyd edən qonaq tranzitin təşkili və yeni marşrutların müəyyən edilməsinin ölkələrimizin iqtisadi inkişafına öz töhfəsini verdiyini bildirdi.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video