19 Dekabr 2013 01:12
384
PARLAMENT
A- A+

Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlığın müddəti uzadılır

 

Dekabrın 18-də Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin ilclası keçirilib. İclasda iki qanun layihəsi müzakirə edilib.

Milli Məclis Sədrinin birinci müavini komitənin sədri Ziyafət Əsgərov "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında Sazişin (USA-AZE-02) təsdiq edilməsi barədə" qanun layihəsindən danışaraq bildirib ki, bu sənəd 2003-cü ilin dekabr ayında 10 il müddətinə imzalanıb. Bu ilin dekabr ayında həmin müqavilənin müddəti bitir. Saziş birgə təlimlər, təlim məşqləri, yerləşdirmələr, limanlara başçəkmə, əməliyyatlar və ya digər əməkdaşlıq tədbirləri zamanı, habelə gözlənilməz hallarda və ya tərəflərdən birinin maddi-texniki təminata, təchizata və xidmətlərə kəskin ehtiyacı yarandıqda tərəflər arasında qarşılıqlı maddi-texniki təminatın asanlaşdırılması məqsədi daşıyır.

Z.Əsgərov vurğulayıb ki, yeni qanun layihəsi əvvəlki müqavilə ilə eynilik təşkil edir. Sadəcə müəyyən dəyişikliklər olmaqla bu sahədə ABŞ ilə əməkdaşlığın müddəti növbəti beş il üçün uzadılır.

Komitə üzvləri sənədin qəbul edilməsini məqbul saydılar. Bildirilib ki, sazişin müddətinin növbəti beş ilə qədər uzadılması Azərbaycan və ABŞ arasında hərbi əməkdaşlığın yüksək səviyyədə olduğunun göstəricisidir.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Gündəliyə çıxarılan ikinci məsələ isə Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi"ndə dəyişikliklər edilməsi barədə qanun layihəsi olub.

Z.Əsgərov qanuna təklif edilən düzəlişlər barədə məlumat verib. Bildirib ki, dəyişikliyə əsasən cinayət prosesini həyata keçirən orqan tərəfindən tutulmuş və ya həbs edilmiş hərbi qulluqçular üçün hauptvaxtlar müvəqqəti saxlama yerlərinin funksiyalarını həyata keçirir. Həmin hərbi qulluqçular Cinayət Məcəlləsi və "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanunla müəyyən edilmiş hallarda və müddətlərdə hauptvaxtlarda saxlanılırlar. Bundan başqa, tutulmuş və həbs edilmiş hərbi qulluqçular Azərbaycan Respublikasının Konstitusiyası, Cinayət-Prosessual Məcəlləsi, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanun və digər sənədlərlə müəyyən edilmiş hüquq və azadlıqlardan istifadə edir və vəzifələr daşıyırlar.

Qeyd olunan dəyişikliklər "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanunun tətbiqi ilə əlaqədardır.

Qanun layihəsini müzakirə edən komitə üzvləri vurğulayıblar ki, qanuna təklif olunan dəyişikliklər Azərbaycanın hərbi qanunvericiliyinin daha da təkmilləşməsinə kömək edəcək.

Sənəd Milli Məclisin plenar iclasına tövsiyə edilib.

 

Elgün MƏNSİMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video