14:21 23 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:45 23.10.2021 Azad yurdum
01:15 23.10.2021 “Korona”, yoxsa qrip?
01:11 23.10.2021 50-Cİ QƏLƏBƏ
00:57 23.10.2021 Söz var ki...
00:41 23.10.2021 2500 yaşlı xalça
00:36 23.10.2021 Bilərzik-smartfon
00:34 23.10.2021 “Windows 11” gəlir
00:32 23.10.2021 Ağıllı qapı zəngləri
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycanın yaratdığı reallıqlarla hər kəs hesablaşmalıdır

ANA SƏHİFƏ / SİYASƏT
01:44 28.09.2021

 

Xalqımız Vətən müharibəsindəki zəfərimizi təmin edən şəhidlərimizin xatirəsini respublikamızın hər yerində ehtiramla yad etdi. Ali Baş Komandan İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın iştirakı ilə keçirilən anım yürüşü, ölkə üzrə bir dəqiqəlik sükutun elan edilməsi, Bakı şəhərinin ən gözəl ünvanlarından birində Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlinin qoyulması şəhidlərimizin, qətlə yetirilən mülki vətəndaşlarımızın xatirəsinə olan ehtiramın ali nümunələri oldu.

2020-ci ilin 44 günlük Vətən müharibəsi yalnız gələn ay 30-cu ildönümü tamam olacaq müasir müstəqillik tariximizin deyil, bütün dövlətçilik salnaməmizin ən böyük hadisələrindən biri olaraq tariximizi şərəfləndirdi, gələcəyimizə gur işıq saldı. Bu savaşda qazanılan qələbə xalqımızın qürur mənbəyinə çevrildi, fəxarətimiz oldu. Bu qələbə ilə həm də bütün şəhidlərimizin, Ermənistanın hərbi cinayətlərinin, törətdiyi  soyqırımlarının qurbanı olan soydaşlarımızın intiqamını aldıq, onların qanı yerdə qalmadı.  “Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına, qohumlarına deyirəm ki, mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı. Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib” -deyə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Anım Günü ilə əlaqədar xalqa müraciətində bildirdi. 

Azərbaycan torpaqlarının 30 ilə yaxın işğal altında qalması müasir beynəlxalq münasibətlərin ən böyük ədalətsizliklərindən biri idi. İşğala məruz qalan da, işğalçı da gün kimi dünyaya məlum olsa da, beynəlxalq ictimaiyyət, xüsusən Qərb siyasi mərkəzləri və ATƏT-in Minsk qrupu əsl həqiqətləri dilə gətirməkdən hər vəchlə uzaq oldular. Proseslərə ikili standartlar prizmasından baxmaqla, deklorativ bəyanatlar çərçivəsindən çıxmamaqla Ermənistanın işğal siyasətinə dolayısı ilə dəstək verdilər.  30 ilə yaxın danışıqlar dövründə Azərbaycana təzyiqlər də oldu, respublikamızı özünün milli maraqlarının ziddinə olan kompromislərə getməsinə cəhdlər göstərdilər. Lakin Azərbaycan dövlətini öz yolundan döndərmək mümkün deyildi və xalqımız öz torpaqlarının uzun müddət Ermənistanın işğalı altında qalması ilə barışa bilməzdi.

Prosesləri düzgün dəyərləndirən Azərbaycan hakimiyyəti sülh danışıqları prosesinə sadiq qalmaqla digər variantları da nəzərdə saxlayırdı və torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcəyini gizlətmirdi. Vaxtilə Ulu Öndərin yaratdığı Azərbaycan Ordusu ötən illərdə Ali Baş Komandan İlham Əliyevin sayəsində döyüş hazırlığını ən müasir səviyyəyə çatdırdı.  Prezident İlham Əliyev qlobal səviyyədə Ermənistanın ifşasına nail olmaq üçün uğurlu siyasi-diplomatik fəaliyyət həyata keçirdi, o cümlədən torpaqlarımızın müharibə yolu ilə azad olunmasına xidmət edən beynəlxalq hüquqi zəminin formalaşmasına nail oldu. Beynəlxalq miqyasda qazandığımız uğurlar həm də Ermənistanın siyasi-diplomatik küncə sıxışdırılmasını şərtləndirdi.

Ötən il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatlarından sonra başlanan Vətən müharibəsi xalqımızın ümidlərini alovlandıran hadisə oldu. Cəmi 44 gün ərzində cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusunun Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımızı azad etməsi tariximizin yeni qəhrəmanlıq salnaməsi oldu. Cəmi 44 gün ərzində qazanılan tarixi qələbə xalqımızın mübarizliyinin, dönməzliyinin təcəssümünə çevrildi. Bu qələbə ilə Azərbaycan xalqı işğal faktı ilə barışmayacağını döyüş meydanında da sübuta yetirdi. Prezident İlham Əliyevin dünən xalqımıza müraciətində dediyi kimi, biz bütün dünyaya göstərdik ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan xalqı bu ədalətsizliklə heç vaxt barışmaq fikrində deyildi.

Azərbaycanın qələbəsi siyasi leksikona dəyişikliklər edib. Artıq “Dağlıq Qarabağ”, “Dağlıq Qarabağ münaqişəsi”, “Mərhələli həll”, “Madrid prinsipləri”, “5+2” kimi ifadələr keçmişdə qalıb. Azərbaycanın qələbəsinin yaratdığı yeni reallıqlar “Şərqi Zəngəzur”, “Zəngəzur dəhlizi”, “Üçtərəfli Bəyanat” kimi ifadələri leksikona daxil edib. Prezident İlham Əliyevin dediyi kimi: “Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın. Biz də onu tanıyarıq, ancaq Azərbaycanda yox! Bu məsələ öz həllini tapdı. Bunu mən deyirəm - Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı. Hər kəs bu sözlərlə hesablaşmalıdır və hesablaşacaqdır”.

Ərazi bütövlüyünü təmin edən, erməni faşizminin başını əzən Azərbaycanın yaratdığı reallıqları hər kəs anlamalıdır. Ermənistanın isə bu reallıqları qəbul etməkdən başqa şansı yoxdur. Çünki qalib Azərbaycan bu ölkəyə başqa yol qoymayıb.

 

Cavid OSMANOV,

Milli Məclisin deputatı,

YAP İdarə Heyətinin üzvü



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM