06:31 09 May 2021
ONLINE XƏBƏR LENTİ
01:55 09.05.2021

Heydər Əliyev yolu


01:52 09.05.2021

Liderlik rəmzi


01:52 09.05.2021

Şərqdən doğan Günəş


01:50 09.05.2021

Xilaskarlıq missiyası


01:08 09.05.2021

Kəşfiyyatçı Zorge


01:05 09.05.2021

BİLDİRİŞ


01:04 09.05.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycanın xarici ticarət dövriyyəsi 4,5 milyard dollar olub
ANA SƏHİFƏ / İQTİSADİYYAT
15:12 20.04.2021

 

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla, bu ilin yanvar-fevral aylarında xarici ticarət dövriyyəsi 4 milyard 515 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 2 milyard 903 milyon dollar, idxalın dəyəri 1 milyard 612 milyon dollar təşkil edib, nəticədə 1 milyard 291 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ötən ilin eyni ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 7,5 faiz, real ifadədə 17,1 faiz, o cümlədən idxal 28,3 faiz, ixrac isə 10,6 faiz azalıb. Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən, xarici ticarət dövriyyəsinin 90,9 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Hindistan, Gürcüstan, İspaniya, Almaniya, Ukrayna, Portuqaliya, Birləşmiş Krallıq, ABŞ, İran, Xorvatiya, Belarus, İsveçrə, Avstraliya, İsrail və Rumıniya ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb. Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 15,1 faizi Rusiyanın, 14,8 faizi Türkiyənin, 12,6 faizi Çinin, 8,8 faizi Almaniyanın, 5,2 faizi ABŞ-ın, 3,9 faizi İranın, hər biri 3,8 faiz olmaqla Birləşmiş Krallıq və Ukraynanın, 3,1 faizi İtaliyanın, 2 faizi Norveçin, 1,9 faizi Koreyanın, 1,6 faizi Avstraliyanın, 1,5 faizi Polşanın, hər biri 1,4 faiz olmaqla Hindistan və Yaponiyanın, 1,3 faizi Fransanın, hər biri 1,2 faiz olmaqla Niderland və Braziliyanın, hər biri 1 faiz olmaqla Vyetnam və Belarusun, 13,4 faizi isə digər ölkələrin payına düşüb.

İdxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, kimya sənayesi məhsullarının, nəqliyyat vasitələrinin, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib. İdxalın 66,6 faizini avtomobil, 15,9 faizini dəmir yolu, 12,2 faizini hava, 4,8 faizini dəniz nəqliyyatı ilə gətirilmiş, 0,5 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş məhsulların dəyəri təşkil edib.

İxracın 37,6 faizini İtaliyaya, 10,9 faizini Türkiyəyə, hər biri 7,8 faiz olmaqla Hindistan və Gürcüstana, 6,3 faizini İspaniyaya, 4,4 faizini Portuqaliyaya, 4,2 faizini Ukraynaya, 4,1 faizini Çinə, 3,2 faizini Rusiyaya, 2,2 faizini Xorvatiyaya, 1,6 faizini Birləşmiş Krallığa, 1,5 faizini Almaniyaya, hər biri 1,4 faiz olmaqla İsrail və Belarusa, 1,3 faizini İsveçrəyə, 1,2 faizini Rumıniyaya, 0,8 faizini Avstraliyaya, hər biri 0,5 faiz olmaqla Liviya və ABŞ-a, 1,3 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib. İki ayda ixracın 87,1 faizini boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş, 8,1 faizini avtomobil, 3,2 faizini dəmir yolu, 1,4 faizini hava, 0,2 faizini dəniz nəqliyyatı ilə göndərilmiş məhsulların dəyəri olub.

İxracın strukturunda xam neft, təbii qaz, neft-qaz məhsulları, meyvə və tərəvəzlər, plastik kütlə və ondan hazırlanan məmulatlar, pambıq lifi və ipliyi, alüminium və ondan hazırlanan məmulatlar, qara metallar və onlardan hazırlanan məmulatlar, kimya sənayesi məhsulları, şəkər, bitki yağları, alkoqollu və alkoqolsuz içkilərin payı üstünlük təşkil edib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM