02 Noyabr 2021 18:30
1090
Təhsil
A- A+

Azərbaycanın və Türkiyənin peşə məktəbləri arasında əməkdaşlıq qurulacaq

 

Təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə Respublikasına səfərinin ikinci günü başa çatıb. Səfərin ikinci günündə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Valeh Mirzalıyev və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı və statistika şöbəsinin müdiri Kənan Kərimzadə 2 peşə təhsil müəssisəsində olublar.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, peşə təhsil müəssisələrinə səfərin məqsədi yaradılan şərait və mövcud maddi-texniki baza ilə tanışlıq, həmçinin müəssisə idarəçiliyi, tədrisin təşkili, işəgötürənlərlə əməkdaşlıq təcrübəsinin öyrənilməsi olub.

Birgə müzakirələr zamanı yaxın gələcəkdə sözügedən peşə təhsil müəssisələri ilə eyni istiqamətlər üzrə müxtəlif əməkdaşlıqların qurulması prioritet məsələ olaraq müəyyənləşdirilib.

Qeyd edək ki, noyabrın 1-dən başlayaraq təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə Respublikasına səfəri başlayıb. Səfər çərçivəsində təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikasının milli təhsil naziri Mahmut Özerlə görüşüb. Görüş zamanı iki ölkə arasında ümumi və peşə təhsili sahəsində əməkdaşlığın cari vəziyyəti və əlaqələrin gələcək perspektivləri müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video