11 May 2021 21:41
1008
SİYASƏT
A- A+

Azərbaycanın və Rusiyanın xarici işlər nazirlərinin görüşü olub   YENİLƏNİB

 

Mayın 11-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, nazirlərin təkbətək görüşündən sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib.

Nazir Ceyhun Bayramov həmkarını səmimiyyətlə salamlayaraq, ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlığın bir çox istiqamətlərdə inkişaf etdiyini qeyd edib. Həm ikitərəfli, həm də çoxtərəfli çərçivələrdə əməkdaşlığın uğurla həyata keçirildiyi vurğulanıb.

Nazir Sergey Lavrov Azərbaycan Respublikası Prezidenti ilə keçirilmiş görüşə və aparılmış məhsuldar müzakirələrə istinad edib, eyni tarixdə iki ölkənin dövlət başçılarının telefon söhbətinin baş tutduğunu məmnunluqla bildirib. Dövlət başçıları tərəfindən müəyyən edilən strateji fəaliyyət xəttinin aidiyyəti qurumlar tərəfindən həyata keçirildiyi qeyd olunub. İki ölkənin gündəliyində bir çox məsələlərin olduğu və əməkdaşlığın geniş spektr üzrə həyata keçirildiyi vurğulanıb.

Tərəflər, faşizm üzərində birgə qələbənin növbəti ildönümü münasibətilə təbriklərini səsləndirərək, nasizm ideologiyası ilə mübarizədə qətiyyət və həmrəyliklərini ifadə ediblər.

Nazirlər ikitərəfli gündəlikdə duran bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, humanitar, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlıq münasibətlərinin inkişafı perspektivlərini müzakirə ediblər.

İki ölkə arasında qarşılıqlı səfərlərin intensivliyinin münasibətlərin inkişafında vacib rol oynadığı bildirilib. Pandemiyanın ölkələrimiz arasında münasibətlərin möhkəmliyini sınadığı, bir gün də olsun əlaqələrdə fasilənin olmadığı qeyd olunub. Bu yaxınlarda Moskvada keçirilmiş Hökumətlərarası Komissiyanın növbəti iclasının nəticələrinin pandemiyanın qismən də olsa təsir etdiyi iqtisadi-ticarət münasibətlərinin irəli aparılması baxımından əhəmiyyət kəsb etdiyi vurğulanıb.

İki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə, qarşıdan gələn il qarşılıqlı fəaliyyətin həyata keçirilməsi razılaşdırılıb.

Tərəflər, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələləri ətrafında fikir mübadiləsi aparıblar. BMT, ATƏT, MDB, QDİƏT və digər çərçivələrdə əməkdaşlığın davam etdirilməsi və möhkəmləndirilməsinin önəmi ifadə olunub.

Nazirlər bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, bölgədə münasibətlərin normallaşdırılmasına və sülhün təmin olunmasına xidmət edəcək iqtisadi və nəqliyyat layihələri, habelə üçtərəfli bəyanatların həyata keçirilməsinə əngəl olan məsələlər ətrafında geniş müzakirələr aparıblar.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda nazirlər tərəfindən “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Rusiya Federasiyasının Xarici İşlər nazirliyi arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr Planı” imzalanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video