02:40 28 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:35 28.10.2021

Şuşanın incisi


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycanın və Böyük Britaniyanın alimləri öz tədqiqatlarının nəticələrini müzakirə etmişlər
ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
11:03 27.03.2014
Xəzər Universitetində “Tədqiqatçı əlaqələri” layihəsi çərçivəsində “Azərbaycan və Birləşmiş Krallıqda təhsil liderliyi və siyasəti: məktəblərin təkmilləşdirilməsi ilə bağlı potensialın yaradılması” mövzusunda ilk semınar başlamışdır.

AzərTAc xəbər verir ki, Britaniya Şurasının Azərbaycandakı nümayəndəliyinin Xəzər Universiteti və Nottinqam Universiteti ilə birgə təşkil etdiyi seminarda Azərbaycan və Böyük Britaniya ali məktəblərindən olan 30-a yaxın tədqiqatçı öz tədqiqat nəticələrini müzakirə edirlər.
Martın 28-də başa çatacaq seminarın açılış mərasimində Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq, “British Council” təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Elizabet Vayt, Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı çıxış edərək layihənin əhəmiyyətindən danışmış, gənc tədqiqatçılara uğurlar arzulamışlar.
Qeyd edilmişdir ki, “Tədqiqatçı əlaqələri” layihəsinin məqsədi Birləşmiş Krallıq və Azərbaycanda ümumi tədqiqat maraqlarını bölüşən, yeni karyera quran elmi tədqiqatçı qrupları arasında əlaqələrin təşəkkül tapmasına imkan yaratmaqdır.
Xanım Elizabet Vayt bildirmişdir ki, seminarın xüsusi maraq doğuran cəhəti burada sadəcə olaraq Britaniya və Azərbaycan arasında tədqiqatların bölüşülməsi deyil, həm də tədbirin mövzusunun Təhsil Nazirliyinın təklif etdiyi məktəblərin inkişafı üçün bacarıqların aşılanması kimi islahatların burada öz əksini tapmasıdır. Ümid edirəm ki, seminarın nəticələri tədqiqatçılar və təhsil siyasətinin qurucuları üçün faydalı olacaqdır.
Seminarın nəticələri yaxın vaxtlarda nəşr ediləcəkdir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM