26 Noyabr 2021 15:58
671
İDMAN
A- A+

Azərbaycanın Tokio Olimpiya və Paralimpiya oyunlarında iştirakının yekunları müzakirə edilib  

 

Gənclər və İdman Nazirliyində kollegiya iclası keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, gənclər və idman naziri Fərid Qayıbovun sədrliyi ilə keçən iclasda Azərbaycanın milli Olimpiya və Paralimpiya komandalarının Yaponiyanın Tokio şəhərində keçirilmiş XXXII Yay Olimpiya Oyunlarında və XVI Yay Paralimpiya Oyunlarında iştiraklarının yekunları müzakirə edilib.

Nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov Azərbaycan milli Olimpiya komandasının XXXII Yay Olimpiya Oyunlarına hazırlığı və iştirakı, kütləvi bədən tərbiyəsi və texniki idman növləri sektorunun müdiri Aydın Məmmədov isə Azərbaycan milli Paralimpiya komandasının XVI Yay Paralimpiya Oyunlarına hazırlığı və iştirakı barədə hesabat məruzələri ilə çıxış ediblər.

Hər iki hesabat məruzəsi dinlənildikdən sonra hazırlıq prosesində buraxılmış səhvlər müzakirə edilib. Yol verilmiş nöqsanların aradan qaldırılması və növbəti Olimpiya Oyunlarında yüksək nailiyyətlərin əldə olunmasına əsaslı zəmin yaradılması məqsədilə idman şöbəsinə bir sıra tapşırıqlar verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video