06 Oktyabr 2011 06:10
486
Mədəniyyət
A- A+

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi İranın «Fars Xəbər Agentliyi» və «Tehran Tayms» kütləvi informasiya vasitələrinın yaydıqları yanlış məlumatlara qəti etirazını bildirir

 

İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında olan tarixi dostluq və qarşılıqlı hörmət ənənələri bu gün hər iki tərəfdən dövlət siyasəti səviyyəsində inkişaf etdirilir. Təbii ki, mövcud şərait mədəniyyət sahəsində əməkdaşlığın da genişlənməsinə imkan yaradır. Təsadüfi deyil ki, ötən il İranda böyük uğurla Azərbaycan mədəniyyəti günləri keçirilmiş, dövlətlərarası mədəniyyət proqramlarının davamı olaraq bu il oktyabrın 3-dən Azərbaycanda İran mədəniyyəti günləri başlamışdır.

Maraqlı sərgilərin, bədii filmlərin nümayişlərinin, ədəbi-elmi görüşlərin uğurla davam etdiyi günlərdə təəssüf ki, İran İslam Respublikasının "Fars Xəbər Agentliyi" və "Tehran Tayms" kimi informasiya vasitələri bu əhəmiyyətli mədəniyyət hadisəsini işıqlandırarkən ədəbiyyat və mədəniyyət tarixindən bütün dünyaya məlum olan gerçək faktları təhrif etməyə cəhd göstərmişlər. "Tehran Tayms" Nizami Gəncəvinin Azərbaycanın qədim şəhəri Gəncədə yaşayıb-yaratdığını, vəfat etdiyini, məqbərəsinin orada yerləşdiyini yazsa da, dahi azərbaycanlını İran şairi kimi təqdim etmişdir. "Fars Xəbər Agentliyi" də eyni kobud yanlışlığa yol vermişdir.

Bununla əlaqədar Azərbaycan Respublikasının  Mədəniyyət və Turizm Nazirliyi İranın mətbuat orqanlarına yol tapmış yanlış məlumatlara qarşı qəti etirazını və dərin təəssüf hissini bildirir, bütün tarixi, ədəbi məxəzlərin, dünya ictimaiyyətinin, nizamişünaslıq elminin təkzibolunmaz dəlillərinə əsasən Nizami Gəncəvinin İran şairi deyil, Azərbaycan şairi olduğunu, Azərbaycanın qədim şəhəri Gəncədə doğulub yaşadığını, orada əbədiyyətə qovuşduğunu bəyan edir.

Son 9 əsr ərzində Nizami Gəncəvi adı, onun ölməz irsi həmişə Azərbaycana məxsus olmuş, dahi şairi dünya sivilizasiyasına xalqımız bəxş etmişdir. Dövrün ədəbi qaydalarına uyğun olaraq bir çox digər Azərbaycan şairləri kimi, Nizami Gəncəvinin də öz əsərlərini fars dilində yaratması onun milli mənsubiyyətini təyinetmə mövzusu olmamışdır və ola da bilməz.

 İnanırıq ki, "Fars Xəbər Agentliyi"nin və "Tehran Tayms"ın yanlış məlumatları İran cəmiyyətinin mövqeyini ifadə etmir və hər hansı bir xəbər qurumunun mətbuat qanunlarına məsuliyyətsiz münasibəti İran-Azərbaycan mədəni əlaqələrinin gələcək inkişafına kölgə sala bilməz.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video