06 Iyul 2021 22:46
727
Mədəniyyət
A- A+

Azərbaycanın “Mədəniyyət naminə sülh” qlobal kampaniya layihəsi Gürcüstan tərəfinə təqdim edilib

 

Gürcüstan ilə beynəlxalq səviyyədə əməkdaşlıq Azərbaycan üçün vacib məsələlərdən biridir. Biz beynəlxalq təşkilatlar, o cümlədən UNESCO çərçivəsində əlaqələrimizi bundan sonra daha da gücləndirəcəyik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani ilə görüşdən sonra mətbuata açıqlamasında deyib.

Bildirib ki, görüşdə Azərbaycanın təşəbbüskarı olduğu “Mədəniyyət naminə sülh” qlobal kampaniya layihəsi Gürcüstan tərəfinə təqdim edilib. Bu təşəbbüsün regionda sülh, barışıq və qarşılıqlı anlaşmanı təşviq edən layihə olduğu diqqətə çatdırılıb.

Nazir bildirib ki, Azərbaycan Gürcüstan ilə mədəni əlaqələri inkişaf etdirəcək. Bu, hər iki xalqın daha da yaxınlaşmasına xidmət göstərəcək. Azərbaycan ilə Gürcüstan arasındakı tarixi əlaqələr qarşılıqlı əməkdaşlığımızın digər sahələrinə də sirayət edir. Mədəniyyət bizim dövlətlərimizi və xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. Bu sahədə əməkdaşlığın gücləndirilməsi qərara alınıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video