00:05 14 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
00:49 13.06.2021

Erməni xəyanəti


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycanın Fransadakı səfirliyi itkin düşmüş mülki azərbaycanlıların taleyi və minalanmış ərazilərin xəritələri ilə bağlı kommünike yayıb
ANA SƏHİFƏ / SİYASƏT
15:12 10.05.2021

 

Azərbaycanın Fransadakı səfirliyi Ermənistanın itkin düşmüş mülki azərbaycanlıların taleyi ilə bağlı məlumat, eləcə də azad olunmuş ərazilərimizdə mina və digər partlayıcı maddələrin xəritəsini verməməsi ilə bağlı açıqlama yayıb.

AZƏRTAC xəbər verir ki, kommünikedə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, Birinci və İkinci Qarabağ müharibələrində itkin düşmüş azərbaycanlı mülki şəxslər haqqında məlumat verilir, azad olunmuş ərazilərimizdə erməni silahlı qüvvələri tərəfindən yerləşdirilmiş mina və digər partlayıcı maddələrin xəritəsinin verilməsinə yardım göstərməsi üçün Fransaya çağırış edilir.

1991-1994-cü illərdə Birinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin mülki Azərbaycan vətəndaşlarına qarşı törətdiyi müharibə və insanlığa qarşı cinayətlərdən, xüsusilə Başlıbel qırğınından söz açılan kommünikedə bildirilib ki, gələcəkdə belə dəhşətli hadisələrin təkrarlanmaması üçün mülki əhaliyə qarşı törədilən bütün cinayətlərin müəllifləri ədalət məhkəməsi qarşısına çıxarılmalı və məsuliyyətə cəlb olunmalıdır.

Vurğulanıb ki, son hərbi əməliyyatlar zamanı həlak olmuş erməni hərbçilərinin cəsədlərinin axtarışı üçün Azərbaycan tərəfindən hər cür şəraitin yaradılmasına baxmayaraq, Ermənistanın itkin düşənlər barədə məlumat verməyi rədd etməsi anlaşılmazdır. İndiki məqamda Azərbaycanın Silahlı Qüvvələrinin hərbçiləri həyatlarını təhlükəyə ataraq, itkin düşmüş erməni əsgərlərinin yaxınları ilə yanaşı, Ermənistan silahlı qüvvələrinin axtarışını asanlaşdırmaqda davam edirlər. Ancaq Ermənistan Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 min mülki azərbaycanlı haqqında məlumat verməkdən imtina edir.

“Azərbaycan tərəfi Fransa tərəfini azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş çoxsaylı müharibə və insanlıq əleyhinə cinayətlər haqqında həqiqətlərin aşkarlanmasına, eləcə də Ermənistanın 1991-1994-cü illərdə Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 min azərbaycanlının taleyinə aydınlıq gətirməsinə, həmçinin qaçqınların geri dönməsini ləngidən, sülh üçün təhlükə yaradan və yeni qurbanlara səbəb ola biləcək minalanmış ərazilərin xəritələrini təqdim etməsinə yardım göstərməyə çağırır. Son 27 ildə kifayət qədər qurbanlar olub”, - deyə kommünikedə bildirilib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM