05:57 27 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:31 27.11.2021

Arzusu general olmaq idi


01:30 27.11.2021

Babək hünərli igid


01:30 27.11.2021

Dünyanın yeni problemi


01:26 27.11.2021

BİLDİRİŞ


01:25 27.11.2021

BİLDİRİŞ


Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycanın fövqəladə hallar üzrə beynəlxalq əməkdaşlığı genişlənir
ANA SƏHİFƏ / PARLAMENT
01:06 23.06.2012

 

İyunun 22-də Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirildi. Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov iclası açaraq dedi ki, gündəliyə "Azərbaycan Respublikası hökuməti və Qırğız Respublikası hökuməti arasında mülki müdafiə (mühafizə), fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında" sazişin təsdiq edilməsi barədə" və "Azərbaycan Respublikası hökuməti və Bolqarıstan Respublikası hökuməti arasında fövqəladə hallar sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə" qanun layihələri daxildir. Sənədlərdə əməkdaşlığın formaları, o cümlədən fövqəladə halların aradan qaldırılmasında qarşılıqlı yardımın göstərilməsi, fövqəladə halların qarşısının alınması, hava gəmilərindən istifadə edilməsi, müəssisələr və təşkilatlar arasında əməkdaşlıq, məlumatların istifadə edilməsi və digər məsələlər əksini tapmışdır.

Komitə sədri onu da vurğuladı ki, bu cür əməkdaşlıq  ölkəmizin  artan nüfuzunun, uğurlu xarici siyasətinin göstəricisidir.

Daha sonra komitənin üzvləri də qanun layihəsi ilə bağlı fikirlərini bildirdilər. Qeyd olundu ki, dövlətimizin milli maraqlarına və xarici siyasətinə tam uyğun olan belə sazişlər müttəfiqlərimizin sayını artırır. Azərbaycanın bir çox dövlətlə bu qəbildən olan sazişləri var. Azərbaycanın Fövqəladə Hallar Nazirliyi bir sıra ölkələrdə fövqəladə halların aradan qaldırılmasında xeyli iş görmüşdür.

Yekunda qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olundu.

 

"Azərbaycan"



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM