20 Iyul 2012 12:07
491
PARLAMENT
A- A+

Azərbaycanın dinamik inkişafı, dünyada artan nüfuzu daim diqqət mərkəzindədir

 

"Azərbaycan dinamik inkişaf edir. Son bir neçə ildə üçüncü dəfədir Bakıya gəlirəm. Hər səfərimdə gördüyüm inkişaf, yenilik məni heyran edir. Paytaxt Bakı çox dəyişmiş və gözəlləşmişdir". AzərTAc xəbər verir ki, bu sözləri ölkəmizdə səfərdə olan Böyük Britaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Lord Laird iyulun 19-da Milli Məclisin Sədri Oqtay Əsədovla görüşdə söyləmişdir.

Oqtay Əsədov demişdir ki, Azərbaycan-Böyük Britaniya əlaqələrinin dərin tarixi kökləri vardır. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra münasibətlərimiz keyfiyyətcə yeni məna və əhəmiyyət kəsb etmişdir. Dövlətlərarası münasibətlərimiz yüksələn xətt üzrə inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyev ikitərəfli əlaqələrimizin daha da dərinləşməsinə böyük önəm verir. Siyasi dialoqun davamlı olaraq aparılması iqtisadi sahəyə də öz müsbət təsirini göstərməkdədir. İnanırıq ki, bu səfər həm parlamentlər arasında, həm də digər sahələrdə əməkdaşlığımızın daha da genişlənməsinə xidmət edəcəkdir.

Sonra O.Əsədov Milli Məclisin strukturu, fəaliyyəti, qəbul etdiyi qərar və qanunlar, ölkənin hərtərəfli inkişafındakı rolu barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Milli Məclis beynəlxalq münasibətlərə və parlamentlərarası əlaqələrə də xüsusi diqqət yetirir. Avropa Şurası, Avropa İttifaqı, Avropa Parlamenti, NATO Parlament Assambleyası, ATƏT Parlament Assambleyası və onlarla belə nüfuzlu beynəlxalq təşkilat ilə əməkdaşlıq edən Milli Məclisdə xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrə 70-dən çox işçi qrupu fəaliyyət göstərir. 

Lord Laird Azərbaycanın iqtisadi inkişafını, dünyada artan nüfuzunu yüksək qiymətləndirdiklərini bildirmişdir. O demişdir ki, Böyük Britaniya parlamenti də Azərbaycan ilə əməkdaşlığa xüsusi önəm verir. Azərbaycanın dinamik inkişafı, dünyada artan nüfuzu daim diqqət mərkəzindədir. Qonaq xaricdə təhsil alan azərbaycanlı gənclərin ölkənin tanıdılması istiqamətində gördükləri işləri də yüksək dəyərləndirmişdir.

Görüşdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, qarşılıqlı səfərlərin əhəmiyyəti, dostluq qruplarının fəaliyyəti, regionda və dünyada gedən proseslər və tərəfləri maraqlandıran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

 

AzərTAc

Foto A.MƏMMƏDOVUNDUR

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video