26 Fevral 2012 02:02
320
SİYASƏT
A- A+

Azərbaycanın BMT yanında daimi nümayəndəsi qurumun baş katibinə Xocalı soyqırımı ilə bağlı məktub göndərmişdir

 

Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev təşkilatın baş katibi Pan Gi Muna məktub göndərmişdir.

Daimi nümayəndəlikdən AzərTAc-a bildirmişlər ki, məktubda Xocalı faciəsi və ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş digər cinayətlər barədə ətraflı məlumat verilmişdir.

Faciə ilə bağlı faktları diqqətə çatdıran Aqşin Mehdiyev məktubunda qeyd etmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələri Xocalı sakinlərinə qarşı soyqırımı aktı həyata keçirmişlər. Bu hərbi təcavüz nəticəsində Xocalı şəhəri darmadağın edilmiş, dinc sakinlərə amansızcasına divan tutulmuşdur. 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 ahıl insan xüsusi qəddarlıqla qətlə yetirilmiş, meyitlər təhqir olunmuş,  487 dinc sakin ağır yaralanmış, 1275 nəfər girov götürülmüşdür. Girovların 150 nəfərinin taleyi bu günədək məlum deyildir.

Səfir Aqşin Mehdiyev BMT baş katibinə məktubunda  faciənin Xocalı əhalisinin başına yalnız azərbaycanlı olduqları üçün gətirildiyini bildirmişdir. Qeyd edilmişdir ki, Xocalı şəhəri təcavüz, işğal və etnik təmizləmə üçün meydan kimi seçilmiş, ağlasığmaz vəhşiliklər törədilmiş, hamilə qadınların dərisi soyulmuş, başları kəsilərək süngüdən keçirilmiş, cəsədlər tanınmaz hala salınmışdır. 

Məktubda bildirilmişdir ki, Azərbaycanın hüquq-mühafizə orqanları çoxsaylı müstəqil mənbələrə, bu faciənin şahidlərinə və sənədlərə əsaslanaraq Xocalıda törədilmiş cinayətlərdə Ermənistanın məsuliyyətini təsdiqləyir. Bu məsuliyyət beynəlxalq hüququn ümumi normalarından və insan hüquqları haqqında Avropa Konvensiyasından irəli gəlir.

Diplomat məktubunda yazır ki, bir çox cinayətlərlə bağlı beynəlxalq səviyyədə görülmüş ardıcıl tədbirlər, həmçinin beynəlxalq cinayətkarların mövcud hüquqi çərçivədə mühakimə olunması və cəzalandırılması Azərbaycan hökumətində belə bir əminlik yaradır ki, Xocalı qətliamı və Ermənistanın Azərbaycana təcavüzü zamanı törədilən digər ağır cinayətlər də cəzasız qalmayacaqdır.

Səfir Aqşin Mehdiyev baş katibə ünvanladığı bu məktubun Baş Məclisin gündəlikdə duran 35, 39, 65, 67, 69, 83 və 84 nömrəli maddələrinə uyğun olaraq, eləcə də Təhlükəsizlik Şurasının sənədi kimi yayılmasını xahiş etmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video