09:55 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
02:07 26.10.2021

26 oktyabr


01:58 26.10.2021

BİLDİRİŞ


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Azərbaycanda Xarici Biznes: Biznes mühiti sorğusu 2021” hesabatının təqdimatı keçirilib  
 
ANA SƏHİFƏ / İQTİSADİYYAT
18:41 23.09.2021

Sentyabrın 23-də Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK) təşkilatçılığı ilə cari iqtisadi vəziyyət və biznesin inkişaf perspektivləri, həmçinin ölkədə investisiya mühiti və həyata keçirilən iqtisadi islahatların səmərəliliyi haqqında “Azərbaycanda Xarici Biznes: Biznes mühiti sorğusu 2021” hesabatının təqdimatı keçirilib. Tədbirdə yerli və beynəlxalq işgüzar dairələrin 100-dən çox nümayəndəsi iştirak edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov Alman-Azərbaycan Xarici Ticarət Palatası tərəfindən nəşr olunan “Azərbaycanda Xarici Biznes: Biznes mühiti sorğusu 2021” hesabatının ölkəmizdə pandemiyanın iqtisadiyyata təsirinin müəyyənləşdirilməsi və təhlil edilməsində, həmçinin mənfi təsirlərin minimuma endirilməsi istiqamətində həyata keçirilən islahatların qiymətləndirilməsində faydalı platforma olduğunu vurğulayıb, bu cür hesabatların işgüzar dairələrin rəyinin öyrənilməsi, biznes çağırışlarının dəyərləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. Nazir ölkəmizdə biznes və investisiya mühitinin yaxşılaşdırılması, qeyri-neft sektorunun, regionların və sahibkarlığın inkişafı ilə bağlı görülmüş işlər, pandemiyanın Azərbaycanda biznes mühitinə təsiri və hökumətin dəstək mexanizmləri, sənaye zonalarının, həmçinin Ələt Azad İqtisadi Zonasının logitsika imkanları barədə məlumat verib. Milli Prioritetlərimizdən olan işğaldan azad edilmiş ərazilərimizə Böyük Qayıdış, bu ərazilərdə reallaşdırılacaq “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarından danışan Mikayıl Cabbarov burada yeni biznes və investisiya imkanlarını qeyd edib, Ağdam Sənaye Parkının strateji əhəmiyyətini vurğulayıb və işğaldan azad edilmiş ərazilərdə yeni sənaye zonasının yaradılacağını deyib.

“AHK Azərbaycan”ın İdarə Heyətinin sədri Fərid İsayev dövlət-özəl tərəfdaşlığının genişləndirilməsinin vacibliyini qeyd edib, dialoq mühitinin inkişafında dövlət qurumlarının, o cümlədən İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın yaradılmasının əhəmiyyətini vurğulayıb. Fərid İsayev “Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2021” hesabatının hazırlanması zamanı ölkəmizdə təmsil olunan xarici şirkətlər arasında ətraflı sorğular aparıldığını, onların işgüzar mühit, habelə işğaldan azad edilmiş ərazilərdə biznesin qurulması və bərpa işlərində iştirakı barədə fikirlərinin öyrənildiyini diqqətə çatdırıb. Bildirilib ki, “AHK Azərbaycan”ın işğaldan azad edilmiş ərazilərində infrastruktur layihələrinin sürətli icrasını diqqətlə izləyir. Qeyd edilib ki, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, habelə Zəngəzur dəhlizinin yaradılması istiqamətində aparılan aktiv işlər biznes üçün yeni imkanlar yaradır. İcraçı direktor vurğulayıb ki, AHK-a üzv şirkətlər işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq layihələrinə böyük maraq göstərir.

“AHK Azərbaycan”ın icraçı direktorunun müavini Nigar Bayramlı “Azərbaycanda Xarici Biznes: Biznes mühiti sorğusu 2021” hesabatı ilə bağlı təqdimatla çıxış edib. Qeyd edib ki, hesabat 2021-ci ilin may-iyul aylarında Azərbaycanda fəaliyyət göstərən xarici biznes nümayəndələri arasında keçirilən Biznes Mühiti Sorğusunun nəticələrinə əsaslanır. Hesabatın hazırlanması üçün Azərbaycanda fəaliyyət göstərən və 30 ölkəni təmsil edən 270 xarici şirkətə sorğu göndərilib, dəyərləndirmə üçün 130 etibarlı və tamamlanmış cavab seçilib. Sorğuda iştirak edən xarici şirkətlərin 88 faizi mikro müəssisələr və KOB-lardır. Şirkətlərin 67 faizi 10 ildən çoxdur ki, Azərbaycanda öz layihələrini həyata keçirir. Respondentlərin 68 faizi Azərbaycan iqtisadiyyatının mövcud vəziyyətini stabil qiymətləndirib. Əvvəlki hesabatda bu göstərici 39 faiz təşkil edirdi. Xarici şirkətlərin 57 faizi Azərbaycanda fəaliyyətini genişləndirmək və ya yeni investisiya qoymaq niyyətini ifadə ediblər. Sorğuda iştirak edən xarici şirkətlərin 43 faizi fəaliyyət sahələri üzrə işğaldan azad edilmiş ərazilərin bərpasında iştirak edə biləcəklərini, 22 faizi bu layihələrdə iştirakının mümkünlüyünü, 17 faizi isə yüksək maraq göstərdiklərini bildiriblər. Respondentlərin 60 faizi Azərbaycanı əlverişli biznes məkanı kimi tövsiyə edir.

Hesabatda, həmçinin biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində islahatların davam etdirilməsi gözləntiləri də əksini tapıb. Sonra hesabat barədə ekspertlərin rəyləri dinlənilib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM