06 May 2021 00:45
1046
Mədəniyyət
A- A+

“Azərbaycanda vətəndaşsızlıq: nailiyyətlər və hədəflər” jurnalı nəşr olunub

 

“Azərbaycanda vətəndaşsızlıq: nailiyyətlər və hədəflər” jurnalı nəşr olunub.

Dövlət Miqrasiya Xidmətindən (DMX) AZƏRTAC-a bildiriblər ki, DMX-nin və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının birgə nəşri vətəndaşsızlıq halları ilə bağlı bir sıra məsələlərə həsr edilib. Azərbaycan və ingilis dillərində dərc edilən jurnalda xidmətin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi Rza Talıbovun DMX-nin vətəndaşlıq məsələləri üzrə həyata keçirdiyi fəaliyyət, vətəndaşlıq hüququnun mahiyyəti, vətəndaşlıqla bağlı ölkə qanunvericiliyinin vətəndaşsızlıq hallarının həllində hüquqi təminatı ilə əlaqədar müsahibəsi yer alıb.

Nəşrdə “Vətəndaşsızlığa son qlobal fəaliyyət planı: 2014-2024”, vətəndaşsızlıq məsələləri ilə əlaqədar işçi qrupunun fəaliyyəti, Azərbaycanda “Vətəndaşsızlığa son” kampaniyası çərçivəsində görülən işlər və digər mövzular barədə məqalələr də oxuculara təqdim olunur.

Jurnalda əvvəllər vətəndaşsızlıq halında olan və son zamanlar Azərbaycan Respublikasının vətəndaşlığını əldə edən şəxslərlə müsahibələr də əksini tapıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video