11:10 20 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:50 20.10.2021

QARABAĞIN HAVA QAPISI


00:49 20.10.2021

11 ayda 14 səfər


00:10 20.10.2021

20 oktyabr


00:06 20.10.2021

Dördgünlük iş həftəsi


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycanda vaksinasiyanın ikinci mərhələsi başlandı

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:43 10.02.2021

 

“Dünya üzrə vaksinləmənin sayı yoluxma faktlarının sayını üstələyib. Bu, bir tərəfdən yaxşı xəbərdir və belə qısa zaman kəsiyində gözəl nailiyyətdir. Lakin bu peyvəndləmələrin dörddəüçündən çoxu 10 ölkənin payına düşür ki, qlobal ÜDM-in də təxminən 60 faizi bu ölkələrdə toplanır”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus dünyanın bir nömrəli problemi olan koronavirus əleyhinə peyvəndlənmə ilə bağlı danışarkən deyib.

O qeyd edib ki, ümumi əhalisi 2,5 milyarda bərabər olan təxminən 130 ölkə hələ vaksinin birinci dozasını almayıb. Gebreyesus əhalinin daha həssas təbəqəsini və tibb işçilərini artıq vaksinləmədən keçirmiş dövlətləri bu vaksinləri digər ölkələrlə bölüşməyə çağırıb.

Azərbaycan Prezidenti İlham Əliyev də BMT-nin Baş Assambleyasındakı çıxışında peyvəndlərin ədalətli bölgüsünün vacibliyini diqqətə çatdırmış, zəngin ölkələrin kasıb dövlətlərin vətəndaşları üçün peyvəndlər almasını təklif etmişdi. Təəssüf ki, ölkəmizin vaksinasiya mövzusunda təklif etdiyi humanist ideyaları ilə bir çox inkişaf etmiş ölkələrin ədalətsiz və eqoist yanaşması kontrast təşkil edir.

Bu mənada təsadüfi deyil ki, Prezident İlham Əliyev haqlı olaraq dünyanın üz-üzə qaldığı “ədalətsiz vaksin bölgüsü”nü qabardaraq özlərini demokratiyanın beşiyi hesab edən dövlətlərin gerçək mahiyyətini üzə çıxardı. Faktlar da təsdiqləyir ki, artıq dünyanın inkişaf etmiş ölkələri bu mövzuda açıq şəkildə ədalətsizlik nümayiş etdirirlər.

Ekspertlər isə qeyd edirlər ki, dünyada koronavirusun yayılma sürəti virusun ötürülmə zəncirini qıran tədbirlərin görülməsi, hər şeydən əvvəl peyvəndləmə sayəsində aşağı düşür.

İki aydır ki, dünya ölkələri koronavirus əleyhinə vaksinasiya həyata keçirir. Azərbaycanda isə vaksinasiyaya yanvarın 18-də başlanılıb. Prosesə ilk olaraq səhiyyə işçiləri cəlb edilib. Fevralın 5-nə olan məlumata görə, artıq 65 min nəfər peyvənd olunub.

Azərbaycanda vaksinasiya dövlət hesabına və könüllülük prinsipi əsasında aparılır. Ölkəmizdə Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinindən istifadə olunur. Peyvəndlənmənin aparılmasında əsas məqsəd əhalidə kollektiv immunitetin yaranmasına nail olmaqdır. Epidemiologiyanın qanunlarına əsasən, istər xəstələnmə nəticəsində təbii, istərsə də vaksinasiya vasitəsilə yaranan süni immunitet əhalinin üçdə ikisində formalaşarsa, epidemik proses sönər.

Fevralın 8-dən isə ölkəmizdə peyvəndlənmənin ikinci mərhələsi - 65 yaşdan yuxarı şəxslərin COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesi start götürüb. Ölkədə yaşı 65-dən yuxarı olan təqribən 700 000 vətəndaş var. Bu kateqoriyadan olan şəxslər randevu.its.gov.az saytı vasitəsi və ya ərazi üzrə poliklinikanın qeydiyyat şöbəsi ilə telefon əlaqəsi saxlayıb öz məlumatlarını verərək qeydiyyatdan keçə bilərlər. Saytdan qeydiyyatdan keçən hər bir vətəndaşa SMS məlumat göndəriləcək. Poliklinikaya müraciət zamanı isə həmin şəxslər qeydiyyatdan keçirilərək onlara məntəqəyə gəlməli olduğu gün və dəqiq vaxt bildiriləcək.

Vaksinasiyanın ilk dozası üçün randevu götürüldükdə avtomatik 2-ci doza üçün də 28 gün sonra həmin müəssisəyə və həmin saat aralığına randevu seçilir. İkinci dozanın vurulma tarixi və digər zəruri məlumatlar vətəndaşlara tibb məntəqəsində təqdim edilən “Məlumat forması”nda öz əksini tapsa da, əlavə olaraq SMS vasitəsilə ikinci dozanın vurulma tarixi təkrar bildiriləcək.

TƏBİB-in İnfeksion Xəstəliklər üzrə işçi qrupunun üzvü Vüsalə Yaşar vurğulayıb ki, vətəndaşların COVID-19-a qarşı vaksinasiyası yalnız tibb müəssisəsində aparılmalıdır. Çünki peyvənddən sonra yarana biləcək allergik reaksiyaların qarşısının alınması yalnız tibb müəssisəsində mümkündür.

Onun sözlərinə görə, vətəndaşlar vaksinasiyadan sonra 15-30 dəqiqə ərzində tibb müəssisəsində nəzarətdə olmalıdırlar: “Peyvənddən sonra iki sutka ərzində xəstələrlə telefon əlaqəsi saxlanılır. Vaksin vurduran insanlar şikayətlərini telefonla sahə həkimlərinə bildirə bilərlər. Ciddi hal müşahidə olduqda isə sahə həkimi evə də gələ bilər”.

Həkimlər qeyd edirlər ki, peyvənd vurdurduqdan sonra yüngül qızdırma, halsızlıq kimi əlamətlərin müşahidə edilməsi preparatın orqanizmə yaxşı təsir etdiyini və qoruyuculuğun yüksək səviyyədə əmələ gələcəyini göstərir. Lakin bəzən vətəndaşlar peyvəndin bu cür təsirlərini yan təsirlər olaraq qəbul edirlər. Halbuki bunlar yan təsirlər deyil, peyvəndə aid normal əlamətlərdir.

Hətta şəkər, hipertoniya, böyrək çatışmazlığı kimi xəstəliklər ölkəmizə gətirilən peyvəndlərin tətbiqi üçün əks göstəriş deyil. Əks göstərişlər onu vurdurmaq istəyən şəxslərdə daha əvvəl bu cür peyvəndlərə qarşı ciddi allergik reaksiyanın olmasıdır.

Xatırladaq ki, Nazirlər Kabinetinin 16 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nda COVID-19 infeksiyası əleyhinə vaksinasiya ilə əhatə olunan əhali qrupları sosial cəhətdən və tibbi cəhətdən yüksək risk qrupu olaraq ayrılır. Sosial cəhətdən yüksək risk qrupuna səhiyyə işçiləri, hüquq mühafizə orqanlarının əməkdaşları, hərbi qulluqçular, təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, “ASAN xidmət”, “DOST” mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərin, poçt sahəsində, bank sektorunda birbaşa əhali ilə təmasda olan işçilər aiddirlər.

Tibbi cəhətdən yüksək risk qrupuna yaşı 65-dən yuxarı olan, yəni yaşlı əhali, tənəffüs sisteminin xroniki xəstəlikləri olanlar, xroniki hemodializ xəstələri, II tip şəkərli diabetdən əziyyət çəkən 50 yaşdan yuxarı əhali, 18 yaşından yuxarı piylənmədən əziyyət çəkənlər aiddir.

Lakin hər kəs bilməlidir ki, peyvənd vurulan kimi insanı qorumur. Vaksinasiyadan bir müddət sonra orqanizmə yeridilmiş preparata qarşı anticisimlər, qoruyucu maddələr əmələ gəlməyə başlayır. Ona görə peyvəndi vurdurandan sonra da özümüzü qorumağa davam etməliyik. Vaksinasiya pandemiyadan tam qurtulmaq üçün yetərli deyil. Hər kəs məsuliyyətini dərk edərək sanitar-gigiyenik qaydalara  əməl etməlidir. Gündəlik yoluxma sayının azalması və məhdudiyyətlərin aradan qaldırılması heç kəsdə arxayınlıq yaratmamalıdır. Cüzi laqeydlik, məsuliyyətsizlik yoluxma sayının yenidən artmasına səbəb ola bilər. Ona görə də mübarizəni sonacan aparmalı, pandemiya üzərində tam qələbə çalana qədər karantin rejiminin qaydalarına ciddi yanaşmalıyıq.

 

Xəyalə MURADLI,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM