04 May 2021 15:30
1048
Təhsil
A- A+

Azərbaycanda təhsil alan əcnəbi tələbələr Hərbi Qənimətlər Parkında olublar  

 

Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşları, Azərbaycanda təhsil alan əcnəbi tələbələr Hərbi Qənimətlər Parkını ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, nazirliyin əməkdaşları və əcnəbi tələbələr 44 günlük Vətən müharibəsində düşməndən qənimət götürülən hərbi texnika və sursatlarla yaxından tanış olublar. Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov məlumat verib ki, tədbirə 28 ali məktəbdən 80-ə yaxın əcnəbi tələbə qoşulub: “Hazırda Hərbi Qənimətlər Parkını 48 ölkədən olan əcnəbi tələbə ziyarət edir. Məqsədimiz odur ki, ordumuzun uğurlarını əcnəbi tələbələr öz gözləri ilə görsünlər. Tələbələrimiz müxtəlif auditoriyalarda, paltformalarda təmsil olunurlar, sosial şəbəkələrdən istifadə edirlər. Bu da ölkəmizin suverenliyinin bərpa olunmasını dünyaya çatdırmaqda öz töhfəsini verəcək. Bu işlərin davamlı olması üçün gələcəkdə əcnəbi tələbələrimizlə işğaldan azad olunmuş torpaqlarımıza səfər də planlaşdırırıq”.

Qeyd edək ki, Hərbi Qənimətlər Parkında İkinci Qarabağ müharibəsi zamanı qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video